"Koronavirusun “Omikron” növü yayılmasına görə digər ştamlardan fərqlənir".
Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Devid Nabarro belə açıqlama verib. O bildirib ki, "Omikron" ştamına yoluxma halı hər iki-üç gündən bir iki dəfə artır. Nabarronun sözlərinə görə, "Omikron" ştamının sürətlə yayılması səhiyyə sistemini alt-üst edib.
"Omikron" görünməmiş sürətlə yayılır deyən Nabarro, təhlükənin qarşısının alınması üçün ciddi tədbirlərə və şansa ehtiyac olduğunu vurğulayıb.
E.ŞİRİNOV