İranda ötən sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 50 nəfər ölüb.
Məlumata görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da ölkədə bu virusdan ölənlərin sayı 131 083 nəfərə yüksəlib.
İranda son 24 saat ərzində 1968 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6170979 nəfərə çatıb.