Bu gün Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına
648 yeni yoluxma faktı qeydə alınıb, 1 365 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 612 205 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 590 155 nəfər müalicə olunaraq sağalıb, 8 238 nəfər vəfat edib, aktiv xəstə sayı 13 812 nəfərdir.
TEZADLAR.AZ