Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 368 yeni yoluxma faktı qeydə alınıb, 918 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 10 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 617 679 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 601 069 nəfər müalicə olunaraq sağalıb, 8 375 nəfər vəfat edib. 8 235 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 435, bu günə qədər isə ümumilikdə 5 876 764 test icra olunub.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN