“Müəyyən vaxt sonra pandemiya bitəcək, amma koronavirus bizdə qalacaq”.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov “COVID-19” mövzusunda çıxışında deyib.
O bildirib ki, virusun xəstəlik törətmə qabiliyyəti zəifləyəcək: “Bu da artıq baş verir. Yoluxma halları çox olsa da, virus daha yüngül hallar törədir. Yəqin yaxın vaxtlarda pandemiya sona çatacaq. Biz bunu arzulayırıq”.
E.ŞİRİNOV