Abxaziya parlamentinin binası yaxınlığında müxalifətin Suxumi və Moskva arasında investisiya sazişinin ratifikasiyası ilə bağlı təşkil etdiyi etiraz aksiyasının iştirakçıları “Rusiya” sözünü səsləndirməyə başlayıblar.
Tezadlar.az xəbər verir ki, bu barədə videonu yerli Telegram-kanal “Respublica” təqdim edir.
Bu gün Abxaziya parlamenti Rusiya ilə investisiyalar haqqında hökumətlərarası sazişin ratifikasiyası məsələsinə baxmalı idi. Amma deputatların qərarı ilə gündəliyi təsdiqləmək mümkün olmadığından iclas ləğv edilib. Bundan sonra müxalifətin çağırdığı etirazçılar deputatlardan yenidən toplaşmağı və sənədə baxılmasının gündəmdən çıxarılmasını tələb edərək parlament binasına soxulmağa cəhd ediblər.
Telegram kanalının təqdim etdiyi videoda müxalifət nümayəndələri meqafonda “Mediadakı bəzi təxribatçıların bura anti-Rusiya qüvvələrinin toplaşdığını yazmağa çalışırlar” deməsinin ardınca meydanda dayanan insanlar belə şüarlar səsləndirməyə başlayıblar: “Rusiya! Rusiya! Rusiya!". Kütlənin üstündə Abxaziya və Rusiyanın bayraqları da görünür.
Xatırladaq ki, Rusiya şirkətlərinə Abxaziyada investisiya layihələri həyata keçirməyə imkan verən sazişi Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov və Abxaziyanın baş nazirinin müavini və iqtisadiyyat naziri Kristina Özqan imzalayıblar. O, investorların əlavə dəyər vergisi dərəcəsini iki dəfə azaltmasını, tikinti materialları və avadanlıqlarının idxalı zamanı gömrük rüsumlarından, habelə təşkilatların əmlakı və mənfəət vergisini ödəməkdən 8 il müddətinə azad edilməsini nəzərdə tutur, - "RBC" yazır.
Müxalifət liderlərindən biri, “Abxaz Xalq Hərəkatı” ictimai təşkilatının sədri Adqur Ardzinba bildirib ki, respublikada artıq 2014-cü ildə qəbul edilmiş “İnvestisiya fəaliyyəti haqqında” qanun var və yeni sazişdə mənzillərin satışının leqallaşdırılmasının gizli forması nəzərdə tutulub, - TASS yazır.
Noyabrın 5-də müxalifət qüvvələri Abxaziyanın iqtisadi suverenliyi üçün dağıdıcı hesab edərək sazişin ratifikasiyasına qarşı çıxmaq üçün Suxumidə qərargah yaradıblar.
E.ŞİRİNOV