Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerov Kiyevin təhlükəsizlik naminə ərazilərdən imtina etməyə hazır olması barədə məlumatı yalan adlandırıb və Qərb mediasını “Rusiya təbliğatı”na görə qınayıb.
Tezadlar.az xəbər verir ki, onun sözlərini RİA Novosti sitat gətirir.
Belə ki, Osloda mətbuat konfransı zamanı o, hazırda Ukrayna üçün ərazilərdən çox təhlükəsizliyin daha çox əhəmiyyət kəsb etməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirmək istəyinə cavab verib.
“Bu yalandır. Düşünürəm ki, Rusiya təbliğatı çox aktivdir. Avropalı tərəfdaşlarımızın bunu yayması narahatedicidir”, - Umerov deyib.
Daha əvvəl Britaniyanın “Financial Times” qəzeti avropalı diplomatlara istinadən yazıb ki, Kiyev atəşkəs və ərazi güzəştləri barədə danışmağa hazır olduğunu nümayiş etdirir və Ukrayna Xarici İşlər Nazirliyinin yeni rəhbəri Andrey Sibiqa Amerika Birləşmiş Ştatlarına səfəri zamanı kompromis həll variantlarını müzakirə edib.
Eyni zamanda ABŞ-ın yeni prezidenti seçilən Donald Tramp Ukraynadakı münaqişəyə son qoyacağına söz verib. Seçki kampaniyası zamanı o, bunu 2025-ci il yanvarın 20-də baş tutacaq inauqurasiyadan əvvəl də edə biləcəyini bəyan edib.
E.ŞİRİNOV