Respublikamızın səhiyyə sistemində əsaslı islahatların həyata keçirilməsinə və bir çox istiqamətlərdə kifayət qədər inkişafa nail olunmasına baxmayaraq, bu gün bəzi səhiyyə ocaqlarının durumu hələ də son dərəcə acınacaqlı vəziyyətdədir.

Bu baxımdan, dövlət tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin istər keyfiyyəti, istərsə də qiyməti barədə müxtəlif mülahizələr müzakirə mövzusu olaraq daim diqqət mərkəzindədir. Məlumdur ki, Azərbaycanda dövlət tibb müəssisələrində göstərilən xidmətlərin pulsuz olduğu müvafiq qanunlarla nəzərdə tutulub. Ancaq deyəsən, bu, yazılmış qanunlara görə belədir. Hər bir poliklinika və ya xəstəxananın isə bundan başqa özünün yazılmamış qanunları da mövcuddur. Həm də bu qanunlara əksər hallarda daha böyük dəqiqliklə əməl olunur.

Bakı sakini Nağı Allahverdi sosial şəbəkədəki şikayətində C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun fəaliyyətində müşahidə olunan ciddi nöqsanlardan bəhs edir: "Əlimizdə ürək inistituna göndəriş olsa da, bizi təcili yardımla aparmaqdan imtina edirlər. Daha doğrusu, təcili yardım yox, mərkəzləşdirilmiş 103 xidməti... Dövlətimizə vergi ödəyirik, sığortadan faydalanmasaq da, məcburi qaydada pulumuzdan tutulur, özümüzsə əziyyət çəkirik.

103 xidmətinin dediyinə görə, gərək ürək inistituna gedib ordan həkim tapıb bron edək, sonra xəstəni aparaq. Bu nə oyundur anlamıram. Anladığım odur ki zibilə düşmüşük.

Prezident Administrasiyasında yaradılmış "1111" və "1542" nömrələri ilə əlaqə saxlasaq da, hələ ki səs-səmir yoxdur. Pulumuzu da alırlar, canımızı da..."

Mövzu ilə bağlı maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN