Dünyada hazırda koronavirusa yoluxma sayı azalmağa doğru gedir.
Belə ki, son bir həftə ərzində dünyada 7 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 22 mindən çox insan dünyasını dəyişib.
Bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəli icmalında öz əksini tapıb.
Qeyd olunur ki, bundan öncəki həftəyə nisbətən ölənlərin sayı 18 faiz, yoluxanların sayı isə 24 faiz azalıb.
Ümumilikdə həftə ərzində 7 221 651 nəfər koronavirusa yoluxub, 22 336 nəfər vəfat edib.
Ən çox yuluxma halı Cənubi Koreyada, ən çox ölüm halı isə ABŞ-da qeydə alınıb: müvafiq olaraq 1 459 454 və 3 682 nəfər.
ÜST bildirir ki, koronavirusun "omikron" ştammı hələdə dünyada yoluxuculuq göstəricilərinə görə mütləq üstünlük təşkil edir. Belə ki, yoluxanların 99,2 faizində məh bu ştamm aşkarlanıb.
E.ŞİRİNOV