...İki ay yarım əvvəl 110 yaşı tamam olan Azərbaycanın Xalq artisti Hüseynağa Sadıqovun yubiley tədbiri bu gün Dövlət Film Fondunda qeyd edildi...

Fondun direktoru Cəmil Quliyev əlindən gələni və gücü çatanı etmişdi. Hüseynağa Sadıqovun həyat və kino, teatr yaradıcılığına həsr edilmiş çıxışlar edildi, yaradıcılıq məhsulu olan bədii filmlərdən qısa epizodlar göstərildi... Amma və lakin...
XXX 
Azərbaycanda teatr və kino mədəniyyəti sahəsində çoxsaylı rəsmi və müstəqil qurumlar var. Onların heç birinin rəhbəri bu anım, həm də yaddaş, hörmət tədbirində yox idi. Niyə? Axı bu gün Hüseynağa Sadıqovun, sabah, o biri gün onların yubileyləri olacaq, nə vaxtsa anım günləri tamamlanacaq. Bu gün Hüseynağa Sadıqovu yad etməyənləri sabah kimlər yad edəcək və xatırlayacaq? Belə çıxır ki, kimin yiyəsi varsa, yubileyi keçiriləcək, heykəli, büstü qoyulacaq, məzarı üstünə gül- çiçək düzüləcək?! Bu təfəkkürlə hara gedirik? Mədəniyyətimizə iddialı rəsmi qurumlar niyə susur? Axı Hüseynağa Sadıqova hörmət və qiymət elə mədəniyyətimizə dəyərdir, hörmətdir!

 Nə isə... Amma mən jurnalist kimi bu məsələdə susa bilməzdim. Çünki susmamaq və həqiqəti söyləmək mənim vəzifəm, kinoya və teatra, bütövlükdə mədəniyyətimizə töhfə vermişlərin adını və yaradıcılığını qiymətləndirmək isə bu sahəyə cavabdeh olanların borcudur! Borcunuzu verin ki, borcunuzu versinlər...

XXX
XATIRLATMA: Əslən Cənubi Azərbaycanlı olan Hüseynağa Ələsgər oğlu Sadıqov 21 mart 1914-cü ildə Bakıda doğulub. Gənc Tamaşaçılar Teatrı yaranandan bir il sonra, 1930-cu ildə müsabiqə ilə kollektivin aktyor truppasına sınaq müddətinə qəbul olunub. 1931-ci il iyunun 1-də teatr truppasına aktyor götürülüb. İlk vaxtlardan ona məsul rollar tapşırılıb. GTT-də əlli ildən çox aktyorluq etmiş sənətkarın əsas rolları bunlardır: Pitli ("Əfilər", Rabindranat Taqor), Xasay, El oğlu, Məlik ibn Səid ("Xasay", "El oğlu" və "Bir saat xəlifəlik", Abdulla Şaiq), Bobçinski, Jevakin ("Müfəttiş" və "Evlənmə", Nikolay Qoqol), Seryoja Streltsov ("Seryoca Streltsov", Valentina Lyubimova), Azad ("Azad", Əyyub Abbasov), Mirzə Qoşunəli ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev), Həsən ("Yaşar", Cəfər Cabbarlı), Trufadino ("İki ağanın bir nökəri", Karlo Haldoni), Rəcəb ("Şirinbala bal yığır", Salam Qədirzadə), Səlim ("Anacan", Yusif Əzimzadə), Spid ("İki veronalı", Uilyam Şekspir), Qey ("Qar Kraliçası", Yevgeni Şvarts), Hacı Murad ("Tamahkar", Süleyman Sani Axundov), Ceyms Berten ("Ovod", Etil Voyniç), Jiront ("Skapenin kələkləri", Jan Batist Molyer), Məşədi Cabbar, Tarverdi ("Molla İbrahimxəlil kimyagər" və "Xırs quldurbasan", Mirzə Fətəli Axundzadə), Cəbi, Əhməd ("Hacı Qəmbər" və "Ağa Kərim xan Ərdəbili", Nəcəf bəy Vəzirov), kapitan ("Qavroş", Viktor Hüqonun "Səfillər" romanı üzrə səhnələş-dirənləri Zəfər Nemətov və Əli İsmayılov), Mirpaşa ("Komsomol poeması", İsgəndər Coşqun), Şah Ələmgir ("Əlvida, Hindistan!", Qeybulla Rəsulov), aptekçi ("Romeo və Cülyetta", Uilyam Şekspir), Şamdan bəy ("Şamdan bəy", Nəriman Nərimanov), Abbas ("Mənim nəğməkar bibim", Əkrəm Əylisli).

Hüseynağa Sadıqov 23 fevral 1983-cü ildə Bakıda vəfat edib.

XXX

2019-cu ilin martında Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Hüseynağa Sadıqovun 105 illik yubileyi qeyd olunmuşdur.[2][3]

Təltif və mükafatları:

  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 iyul 1956
  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 9 fevral 1979
  • Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1967 ("Komsomol poeması" tamaşasında oynadığı Mirpaşa roluna görə)
  • "Qırmızı Ulduz" ordeni — 8 mart 1945
  • "İgidliyə görə" medalı — 16 sentyabr 1944
  • "Qafqazın müdafiəsinə görə" medalı — 1 may 1944
  • "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 9 may 1945
  • "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959

Filmoqrafiya:

  • Ad günü (film, 1977) (tammetrajlı bədii film) — rol: Əlinin atası
  • Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film) — rol: Nadir
  • Arvadım mənim, uşaqlarım mənim (film, 1978)
  • Babamızın babasının babası (film, 1981)
  • Bəxtiyar (film, 1955)
  • Bir ailəlik bağ evi (film, 1978)
  • Bir nömrəli… (film, 1980)
  • Böyük dayaq (film, 1962)
  • Buyruq və quyruq (film, 1972)
  • Daha bir fənd (film, 1978)
  • Dəli Kür (film, 1969)
  • Dörd bazar günü (film, 1975)
  • Əhməd haradadır? (film, 1963)
  • Əlamət (film, 1982)
  • Ələddinin sehrli çırağı (film, 1966)
  • Əmək və qızılgül (film, 1962)
  • Foto "Fantaziya" (film, 1970)
  • Hədiyyə (film, 1974)
  • İcazə (film, 1972)
  • "Kazbek" qutusu (film, 1958)
  • Kimdir Məmməd Məmmədov? (film, 1973)
  • Qara daşlar (film, 1956)
  • Qaraca qız (film, 1966) (film, kinoalmanax)
  • Qədəmlərin mübarək (film, 1976)
  • Müşavirə (film, 1971)
  • Müstəntiq və məntiq (film, 1971)
  • O qızı tapın (film, 1970)
  • Od içində (film, 1978)
  • Ömrün ilk saatı (film, 1973)
  • Sehrli xalat (film, 1964)
  • Səhər (film, 1960)
  • Şərikli çörək (film, 1969)
  • Telefonçu qız (film, 1962)
  • Tülkü həccə gedir (film, 1971)
  • Var olun, qızlar... (film, 1972)
  • Yeddi oğul istərəm... (film, 1970)
  • Yenilməz batalyon (film, 1965).   ASİF MƏRZİLİ
  • hh
  • hh
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN