Azad Məsiyev: "Müdrik türk xalqı Ərdoğana səs verməklə Türkiyənin gələcəyinə, türk xalqlarının birliyinə, Turan İttifaqına səs vermiş olacaq"

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyevin fikirlərini "Təzadlar"ın oxucularına tərqdim edirik:
-Qardaş Türkiyədə may ayında seçkilər keçiriləçək... Bu seçki tək Türkiyə ictimayətinin deyil, həm dünya ictimayyətinin diqqət mərkəzindədir. Seçkilərin nəticəsi, türk dünyasına, o cümlədən dünyada gedən proseslərə necə təsir edə bilər?
-Bilirsinuz, Türkiyə dünyada gedən ictimai-siyasi proseslərə bilavasitə təsir edən bir dövlətdir. Dövlətin dünya siyasətində rolu dövlətin liderinin siyasi iradəsindən, onun işgüzarlığından, dövlət və xalqı sevgisindən asılı məsələdir. Və tarixi prosesləri liderlər sürətləndirə və ya ləngidə bilirlər. Yəni, Türkiyənin də dünya siyasətində mövqeyi onun liderindən bilavasitə asılıdır. Belə ki, Türkiyənin dünya siyasətində xüsusi çəkisi prezident Ərdoğanın siyasi iradəsinə, onun pirinsipial mövqeyinə, sözünün və imzasının sahibi olması ilə yanaşı, yurtda sülh, cahanda sülh fəlsəfəsinə sadiqlik nümayiş etdirməsi ilə xarakterizə olunur. Prezidenti Ərdoğanın qətiyyəti sahəsində bu gün dünya dövlətləri Türkiyə ilə hesablaşırlar. Türkiyənin bu günü və sabahı preziden Ərdoğanın yeritdiyi siyasətlə xarakterizə olunmalıdır. Bu siyasəti bir çox amillərlə təhlil etmək olar. Məsələn, Türkiyənin beynalxalq siyasətdə rolu, yəni dünyada gedən siyasi proseslərə bilavasitə təsiri, -Türkiyənin regional siyasətdə rolu, -Türkiyənin türk xalqlarının inteqrasiyasında (TDT) rolu,- Türkiyənin islam dünyasında rolu və s. kimi qlobal hadisələrin həllində, dünya siyasətində tam müstəqil siyasət yeritməsi prezident Ərdoğanın sayəsində yer alır.
Prezident Ərdoğanın beynəlxalq siyasətdə rolu bəşəri baxımdan dəyərləndirilməlidir, xüsusilə də Rusiya- Ukrayna münaqişəsi fonunda dünyanı aclıqdan qurtardı- desək yanılmarıq. Məsələn, məhz onun sayəsində Ukrayna taxılı dünya bazarına çıxarıldı. Eyni zamanda Rusiya-Ukrayna münaqişəsinin dayandırılması üçün Ərdoğanın etdiyi cəhdləri "Cahanda sülh!" fəlsəfəsini özündə əks etdirir. Bildiyiniz kimi bu münaqişə getdikcə qloballaşmaqdadır, bu yaxınlarda Macarıstan rəhbərinin, Belarusiya prezidentinin açıqlaması onu deməyə əsas verir ki, üçüncü dünya müharibəsi, o cümlədən nüvə müharibəsinin başlanması an məsələsidir. Bu baxımdan prezident Ərdoğanın bu müharibədəki sülh təşəbbüsü bəşəriyyəti cəhənnəmdən qurtarmaq cəhdidir.

- Cənubi Qafqazda Ermənistan- Azərbaycan münaqişəsinin həllində prezident Ərdoğanın xidmətləri də əvəzsisdir...

-Tamamilə doğrudur... Bilirsiniz ki, Azərbaycanla Türkiyə arasındakı əlaqələrin yüksək səviyyədə olması məhz Ərdoğanın sayəsində mümkün olmuşdur. Xatirimə bir hadisə düşdü, desəm yerinə düşər. Rəhmətlik Elçibəy müsahibələrinin birində demişdir ki, o vaxtlar Kəlbəcərin ermənilər tərəfindən işğalı dövründə Elçibəy Türkiyədən iki ədəd mülki helikopter istəmişdir ki, mülki əhalini mühasirədən çıxartmaq üçün. Türkiyənin o dövürkü rəhbərliyi iki helikopteri Azərbaycana verməkdən qorxmuşdur və Elçibəyin xahişindən imtina edilmişdir. İndi həmin Türkiyədir, həmin Azərbaycandır, sadəcə, liderlər başqadır. Prezident Ərdoğan 44 günlük müharibə zamanı dediyi bu sözləri xatırlatmaq istərdim: "Azərbaycana müdaxilə etsələr, qardaşım da olsa qarşılarında məni görəcəklər!". Bu Azərbaycan xalqına olan əvəzsiz sevgisinin bariz nümunəsidir!  Onu da xatırladım ki, Prezident Ərdoğanın Cənubi Qafqazın inkişafı və tərəqqisi üçün təklif etdiyi 3+3 formatı bir daha onu deməyə əsas verir ki, Türkiyə regionda əminamanlığın yaranmasında bilavasitə maraqlıdır. Prezident Ərdoğanın Türk Dövlətləri Təşkilatındakı fəaliyyəti isə onu deməyə əsas verir ki, bu təşkilatın bazasında Tutan İttifaqının fomalaşmasının əsasları qoyulmuşdur, "Bir millət, bir ittifaq!" halına gəlməsi sahəsində onun davamlı xidmətləri görünməkdədir.
Dünyada yaranmış qlobal qarşıdurmada Türkiyənin tərəfsiz olması türk xalqının milli və dövləti maraqlarına tam cavab verir, prezident Ərdoğanın mükəmməl siyasəti sahəsində Türkiyə ABŞ-ın və Qərbin əlində alətə çevirilməmişdir. Bu baxımdan prezident Ərdoğanın yenidən seçilməməsi üçün Qərbin Türkiyənin daxili işlərinə müdaxiləsi görünməkdədir. Müdrik türk xalqı ağı qaradan seçməyi, yaxşını pisdən ayırmağı gözəl bilirdiyi üçün inanıram ki, 14 mayda keçiriləcək seçki prosesində Qərbin müdaxiləsinə yol verməyəcək, Türkiyənin, o cümlədən Türk xalqlarının birliyinə,Turan İttifaqına səs verəcəkdir. Bir sözlə, deyə bilərəm ki, müdrik türk xalqı 14 mayda Ərdoğana səs verməklə Türkiyənin gələcəyinə, türk xalqlarının birliyinə, Turan İttifaqına səs vermiş olacaqdır...

Dinlədi: Jasmin

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN