Müğənni sayılan Təranə Qumral şou verilişlərinin birində dırnaqlarını qızıldan manikür etdirdiyini bildirərək deyib: “Hər dəfə dırnaqlarıma qızıl lövhələrlə manikür etdirirəm və bu manikürün qiyməti 400 manat təşkil edir”.
P.S. Heyranına şükür, ya Rəbbim! Ona görə deyirlər e, qulaq gündə bir söz eşitməsə, kar olar. Rəhəmətliyin qızı, sənin şəhid ailələrinin, qazilərin, veteranların çölə atılan dırnağı qədər sənətin yoxdur, amma dırnaqlarını qızıla tutursan. Sənin Təranə xanım, hər dəfə dırnaqların üçün 400 manat xərcləyib qızıl lövhələrlə manikür etdirmək əvəzinə, həmin məbləğdə pula babat bazarlıq edərək, hər dəfə Vətən yolunda can qoyan imkansız şəhid ailəsini, bir qazini, bir veteranı sevindirmək olar axı. Bəlkə bununla da olmayan sənətini bir az hörmətə mindirərsən. Təranə xanım, sənin dırnaqların yox e, qəlbin, ürəyin, sənətin və bəxtin qızıldan olmalıdır.
***
Mətbuatdan məlum olur ki, Kanada hökuməti son vaxtlar ermənidən artıq erməni olub. Bu hökumətin saxta “erməni sevgisi” son illər pik həddə çatıb. Ölkə rəhbərliyində isə, anti-Azərbaycan siyasəti daha qabarıq gözə çarpır.
P.S. Bəs səbəb nədir ki, min kilometrlərlə sərhədimizdən uzaqda olan Kanada hökuməti Azərbaycana qarşı belə kəskin mövqedə dayanır? Məlum olur ki, Ermənistan Kanadada 1995-ci ildə, Azərbaycan isə 2004-cü ildə səfirlik açıb. Deməli, bizdən 9 il əvvəl səfirlik açan Ermənistan bu illər ərzində Kanadada əleyhimizə babat təbliğat apara bilib. 2004-cü ildən sonra isə, Kanadada səfirlərimiz olmuş Vasif Abutalıbov, Fərid Şəfiyev və Fuad Əliyev əllərini ağdan qaraya vurmayıblar. Nə işlə məşğul olduqları da məlum deyil. İndi bu da nəticəsi. Kanada hökuməti “Ermənistan”-deyib ağlaşma qurur və Azərbaycan əleyhinə hər cürə addımlar atır. Kanadadakı səfirimiz təcili işində dönüş yaratmasa, bu hökumətin əleyhimizə yönələn addımları durmadan artacaq...
***
Əməkdar artist Nigar Şabanova sosial-media hesabında sevgidən danışaraq, insanlara məsləhət də verib: “Qəlbi boş, amma həyatı dolu biri olmağım mənə güc verir. Sevgi varmı, yoxmu, önəm verməyin”.
P.S. Nigar xanım çox gözəl məsləhət verir ki, “sevgi varmı, yoxmu, önəm verməyin”. Adamın başının üstündə Allah var, zalımın qızı düz deyir dayna. İndiki zamanda şou-əhli sevgini klipin üstünə yaxıb yeyə bilməz axı. Müğənni xanımları, lap elə kişiləri də aləmə tanıdan sevgi deyil e, puldur, pul. Burada sevgi kimi sənətin olub-olmaması önəmli deyil. Önəmli olan sponsor və onun puludur. Sevgidə də, sənətdə də sponsorun olmasa, sən heç kimsən. Nigar xanımın özünə də bir məsləhətim var: Deyirsən qəlbim boşdur, amma Nigar xanım, bunun da önəmi yoxdur. Əsas odur ki, adamın başı boş olmasın. Baş dolu olanda adamın sevgisi də, sənəti də, qəlbi də və cibi də həmişə dolu olur...
***
ATV-nin “Rəngarəng səhər” verilişlərinin birində qonaq olan müğənni Şəbnəm Tovuzlu həmkarı Vəfa Şərifova haqqında danışarkən belə deyib: “Vəfa Şərifovanın ətrafında normal insan yoxdur”.
P.S. Həəə... bu, çox ağır ittihamdır haa... Belə çıxır ki, müğənni Vəfa Şərifovanın oturub-durduğu insanlar anormaldır? Yaxud, Vəfaya sponsorluq edənlər normal insanlar deyil? Deyilənə görə, Vəfa xanımın sənətini çox bəyənən bir nazir, daha da inkişaf etməsi üçün ona mənəvi və maddi dayaq duraraq, normal insani münasibət göstərir. İndi Şəbnəmin sözünə inanaraq deyək ki, həmin nazir normal insan deyil? Amma bir yana baxanda Şəbnəm Tovuzlu elə düz deyir. Səsi, sənəti olmayan Vəfa kimilərlə, səsini, sənətini yox, bütün bədən əzalarını ortaya qoyan şou-əhli xanımlarla oturub-duranlar, onlara babat pul buraxaraq, mənəviyyatımızın korlanmasna səbəb olanlar, elə doğurudan da anormal insanlardır.
***
Türkə düşmən olan Fransanın erməni qanlısı və yanlısı E.Makronun Orta Asiyanın türk dövlətləri olan Qazaxıstan və Özbəkistana səfəri hələ də xeyli suallar doğurur.
P.S. “O olmasın, bu olsun” filmində Məşədi İbad demiş: “Mənə meymun dediyin bəs deyil, hələ bir əl də verirsən”? İndi bu yolunu və ağlını azmış E.Makron bir tərəfdən Ermənistana görə az qala bütün türk dünyası ilə düşmənçilik edir, digər tərəfdən isə türk dövlətləri olan Qazaxıstan və Ösbəkistan liderlərinin ayağına gedir. Buna deyərlər, əsl erməni xisləti. Daha doğrusu həyasızlığın ən ali zirvəsi...
***
Qəzetlərin birində Urmiya gölünün qurumasından bəhs edən yazıya belə başlıq qoyulub: “Milyonlarla azərbaycanlı Urmiya gölü üçün ağlayır - rejim öz işindədir”.
P.S. Milyonlarla azərbaycanlı Urmiya gölünün qurumasına görə ağlamalı deyil e, o gölün qurumasına şərait yaradan fars rejiminin anasını ağlatmalıdır...
***
ABŞ-ın Ermənistandakı xanım səfiri Kristina Kevin ötən həftə Ermənistanın cənubuna səfər edərkən etdiyi bir çıxış, ABŞ-ın demokratiyaya “sadiqliyinin” bariz nümunəsidir: “Çətinliklərə və çağırışlara baxmayaraq Ermənistanın Sünik bölgəsinin qanunun aliliyinin möhkəmləndirilməsində sadiqliyi dəyişməz olaraq qalır. Məhz bu öhdəliyə görə Ermənistan Cənubi Qafqazda demokratiyanın çırağı olaraq qalır”.
P.S. Əla, super, fısqırıq, mən ölüm. Elə bu çıxışdan görünür ki, səfir xanıma erməni konyakı çox pis təsir edib və xanıma “axırıncı rumkanı içmə” - deyən olmayıb. Ona görə də işğalçı və Rusiyanın vassalı olan Ermənistanı demokratiyanın çırağı kimi görür. Səfir xanımın təbirincə desək, Ermənistanda demokratiyanın çırağı o qədər gur yanıb ki, xanımın gözlərini əməlli-başlı qamaşdırıb və Ermənistanın 30 il ərzində Azərbaycan torpaqlarını işğalda saxladığını, işğal altında olan torpaqlarda ermənilərin etdikləri vəhşilikləri, talanları, evləri, obaları dağıdıb, xaraba qoyduqlarını, bütün dünyaya məlum olan Xocalı soyqırımını törətdiklərini, Qarabağdakı terrorçu-quldur dəstələrini, o cümlədən Azərbaycanın suverenliyinin əleyhinə gedərək, özlərinə qondarma respublika yaradan separatçıları görə bilməyib. Ay erməni daşnak, köpək uşağı, bu, “demokratiyanın çırağının” işığını bir az azaldın dayna. Bu xanım səfirin gözləri kor oldu axı. Amma bu gedişlə deyəsən, Qarabağda olduğu kimi, Azərbaycan ordusu Ermənistanda da ermənilərin çırağını tamam söndürəcək.
***
“Zarafat bir yana” verilişində qonaq olan meyxanaçı Namiq Qaraçuxurluya xanım izləyicilərdən biri belə sual verib: “Namiq-Aygün dueti olanda hamının ağlında bir fikir formalaşıb ki, siz sevgilisiniz. Bu suala konkret bir cavab istəyirəm”. Bu sualdan sonra Namiqin boğazı quruyub, udqunub, su içib və suala cavab verməyib.
P.S. Belə sual verən o xanım izləyicini, mən çay aşağı axıdım, çay yuxarı axtarım. Zalımın qızı, Namiq suala ona görə cavab verməyib ki, Aygünlə birlikdə bütün yaşananlar göz önündə ola-ola təzə nə desin axı. O xanıma demək lazımdır ki, məgər sevgili olmağın buynuzu olur ki? Yoxsa, Namiqlə Aygün sevgi oyunlarını o izləyici xanımın gözü qarşısında eləməliydi ki, bunların sevgili olduğunu konkret görsün? Ətin tökülsün sənin, a belə izləyici xanım. Şirəçəkən maşın kimi, Aygün Namiqin 5 il ərzində şirəsini necə çəkib, yola salıbsa, hələ də Aygünün adı gələndə, indi efirdə olduğu kimi, yazıq Namiqin boğazı quruyur, udqunur və su içib, güclə özünə gəlir. Deyirəm, nə ağlı boş xanımlar var e, mən ölüm. Bunun verdiyi suala bax...
ELÇİN,
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.