FRİDRİX NİTSŞE : Zərdüşt belə dedi-Hamının və heç kimin kitabı   

 II HİSSƏ

       Əvvəllər Allaha qarşı küfr ən böyük küfr idi; lakin Allah öldü və bu küfr edənlər də onunla birlikdə öldülər. İndi Yerə küfr etmək, anlaşılmazlığın mahiyyətini yerin mənasından daha yüksək şərəfləndirmək kimi ən dəhşətli cinayətdir!

    Bir zamanlar ruh bədənə nifrətlə yanaşırdı.O zamanlar bundan yüksək nifrət yox idi.O,bədəni cılız,iyrənc və ac görmək istəyirdi.Bu yolla o, bədəndən və torpaqdan qaçmağı düşünürdü.

         Oh, bu ruhun özü hələ cılız, iyrənc və ac idi; və qəddarlıq bu ruhun şəhvəti idi!

         Ancaq indi də, qardaşlarım, mənə deyin: bədəniniz ruhunuz haqqında nə deyir? Ruhunuz yoxsulluq və çirkinlik və özündən acınacaqlı bir məmnunluq deyilmi?

         Həqiqətən, insan çirkli bir axındır. Çirkli axını qəbul etmək və murdar olmamaq üçün dəniz olmalısan.

         Baxın, mən sizə fövqəlinsan haqqında öyrədirəm: o, sizin böyük nifrətinizi batıra biləcəyi dənizdir.

         Yaşaya biləcəyiniz ən yüksək şey nədir? Bu, böyük nifrət saatıdır: sənin xoşbəxtliyin, ağlın və fəzilətinin də sənə iyrənc olduğu saat.

         O saat ki, siz deyirsiniz: “mənim xoşbəxtliyim nədən ibarətdir! Bu, yoxsulluq və çirkinlik və özündən acınacaqlı bir razılıqdır. Mənim xoşbəxtliyim varlığın özünü doğrultmalı idi!”

         O saat ki, siz deyirsiniz: “ağlım nədən ibarətdir! O, aslan yemək əldə etdiyi kimi bilik əldə edirmi? O, yoxsulluq və çirkinlik və özündən acınacaqlı bir razılıqdır!”

         O saat ki, siz deyirsiniz: “Mənim fəzilətim nədən ibarətdir! O, hələ məni dəli etməyib. Necə də yorulmuşam yaxşılığımdan da, pisliyimdən də! Bütün bunlar yoxsulluq və çirkinlik və özündən miskin bir razılıqdır!”

         O saat ki, siz deyirsiniz: “Mənim ədalətim nədən ibarətdir? Alov və kömür olduğumu görmürəm. Ədalət isə od və kömürdür!”

         O saat ki, siz deyirsiniz: “Mənim mərhəmətim nədən ibarətdir! Məgər mərhəmət, insanları sevən hər kəsin amalı deyilmi? Amma mənim mərhəmətim çarmıxa çəkilmək deyil”.

         Əvvəllər bu cür demisinizmi? Əvvəllər belə qışqırmısınızmı? Ah, kaş ki, sizin belə qışqırdığınızı eşitsəydim!

         Bu, sizin günahınız deyil-özünüzdən razılığınız səmaya fəryad edir; günahlarınızın miskinliyi səmaya fəryad edir!

         Bəs sizi dili ilə yalayacaq şimşək haradadır? Bəs onda sizə aşılamansı lazım olan dəlilik haradadır?

         Baxın, Mən sizə fövqəlinsan haqqında öyrədirəm: o şimşəkdir, dəlilikdir!

         Zərdüşt belə danışarkən camaatın içindən kimsə qışqırdı: “Nə vaxtdır kəndirbazın sorağın almışıq, imkan ver baxaq də!” Və bütün camaat Zərdüştə gülməyə başladı. Kəndirbaz isə bu sözlərin ona aid olduğunu düşünərək öz işinə başladı.

 4

         Zərdüşt camaata baxıb təəccübləndi. Sonra belə dedi:

         İnsan heyvanla fövqəlinsan arasında uzanan bir kəndirdir - uçurumun üstündəki kəndir.

         Ötmək təhlükəlidir, yolda olmaq təhlükəlidir, geriyə baxmaq təhlükəlidir, qorxu və dayanmaq təhlükəlidir.

         İnsanla bağlı önəmli olan odur ki, o, məqsəd deyil, körpüdür: bir insanda sevə biləcəyiniz tək şey onun keçid və ölüm olmasıdır.

         Mən həlak olmaqdan başqa necə yaşamağı bilməyənləri sevirəm, çünki onlar körpüdən keçirlər.

         Mən böyük nifrət edənləri sevirəm, çünki onlar böyük pərəstişkarlar və başqa bir sahilə yönəlmiş həsrət oxlarıdır.

         Ulduzların arxasında ölməyə və yaşamağa əsas axtarmayanları sevirəm- amma özlərini torpağa qurban verənləri, yerin bir gün fövqəlinsanlar ölkəsinə çevrilməsini sevirəm.

         Mən dərk etmək üçün yaşayanı, eyni zamanda nə vaxtsa fövqəlinsanın yaşadığını dərk edəni  sevirəm. Çünki o, məhvini belə istəyir.

         Bir fövqəlinsana yurd quranı,  torpaqlarını, heyvanlarını və bitkilərini onun üçün hazırlamaq işləyəni sevirəm: çünki o, məhvini belə istəyir.

    Öz fəzilətini sevən birini sevirəm: çünki fəzilət məhv olmaq istəyi və həsrət oxudur.

         Mən özünü qorumayan, ancaq fəzilətinin ruhu olmaq istəyən birini sevirəm: çünki o, ruh kimi körpüdən keçir.

         Fəzilətindən cazibə qüvvəsini və hücumunu edən birini sevirəm: çünki fəziləti naminə hələ də yaşamaq və daha çox yaşamamaq istəyir.

         Çox fəzilət sahibi olmaq istəməyən birini sevirəm. Bir fəzilət ikidən daha çox fəzilətdir, çünki onda bədbəxtlik əlaməti var.

    Mən ruhu israf ediləni, minnətdarlıq, özünə edildiyi yaxşılığın əvəzini istəməyən hər kəsi sevirəm: çünki o, daim bəxş edir və özünü qorumaq istəmir.

         Mən zər atmaqda bəxti gətirəndə ​​utanan və sonra özündən soruşan “mən doğrudanmı aldadan oyunçuyam?” soruşan - adamı sevirəm. Çünki o, məhvini istəyir.

         Mən öz əməllərindənin əvvəl qızıl sözlər deyəni və həmişə vəd etdiyindən daha çox yerinə yetirən birini sevirəm: çünki o, məhvini istəyir.

         Mən gələcəyin insanlarına haqq qazandıran və keçmişin insanlarını xilas edəni sevirəm: çünki o, indiki insanlardan məhvini istəyir.

         Allahını sevdiyi kimi Allahını cəzalandıran adamı da sevirəm, çünki o, Allahın qəzəbindən həlak olmalıdır.

         Ruhu yaralarında belə dərin olan və ən kiçik bir sınaqda ölə bilən birini sevirəm: o, həvəslə körpüdən keçir.

         Mən ruhu dolub-daşanı sevirəm. O, özünü unudur və hər şey onun özündə olur: beləcə, hər şey onun məhvinə çevrilir.

         Ruhu və ürəyi azad olanı sevirəm: buna görə başı yalnız ürəyinin bətnidir və ürəyi onu məhvə aparır.

         İnsanın üstündən asılmış qara buluddan bir-birinin ardınca düşən ağır damcılar olanların hamısını sevirəm: onlar ildırımın yaxınlaşmasını bəyan edir və bir müjdəçi kimi məhv olurlar.  

         Baxın, mən ildırımın və buluddan düşən ağır damlanın müjdəçisiyəm; lakin bu ildırım fövqəlinsan adlanır. 

5

         Bu sözləri deyəndən sonra Zərdüşt yenə camaata baxıb susdu və ürəyində dedi: “Budur, onlar dayanıb gülürlər: onlar məni başa düşmürlər, mənim çıxışlarım bu qulaqlar üçün deyil”.

         Yəni doğrudanmı əvvəlcə bu adamların qulaqlarını qoparmaq lazımdır ki, gözləri ilə dinləməyi öyrənsinlər? Doğrudanmı mən təbil çalmalı, yaxud tövbə vaizləri kimi donquldanmalıyam? Yoxsa onlar yalnız kəkələyən adama inanırlar?

         Onların qürur duyduqları bir şey var. Bəs onları qürurlandıran şeyləri nə adlandırırlar? Buna mədəniyyət deyirlər ki,bu da onları keçi otaranlardan fərqləndirir.

         Buna görə də onlar özləri haqqında “nifrət” sözünü eşitməyi sevmirlər. Mən onların qüruruna danışacağam.

         Mən onlara ən alçaq məxluqdan- sonuncu insandan danışacağam ”.

         Və Zərdüşt camaata belə dedi: “İnsanın öz məqsədini təyin etmə vaxtı çatıb. Ən yüksək ümidimimizin ağacını əkmək vaxtı gəlib”.

         Onun torpağı hələ də bunun üçün kifayət qədər zəngindir. Amma bu torpaq nə vaxtsa məhsuldar olmayacaq və onda bir dənə də olsun hündür ağac bitməyəcək.

         Vay halına! Elə bir vaxt yaxınlaşır k, insanın əlləri əsəcək və o özünün qəm oxunu insandan yüksəyə ata bilməyəcək!

         Sizə deyirəm: rəqs edən bir ulduz doğmaq üçün özünüzdə daha çox xaos daşımalısınız. Sizə deyirəm: sizdə hələ də xaos var.

         Vay halına!İnsanın daha ulduz doğurmayacağı bir vaxt yaxınlaşır. Vay halına! Artıq özünə nifrət edə bilməyən ən alçaq insanın vaxtı yaxınlaşır.

         Baxın! Mən sizə sonuncu insanı göstərirəm.

         “Sevgi nədir? Yaratma nədir? Can atma? Ulduz nədir?”- sonuncu adam soruşur və gözlərini qırpır.

         Yer üzü kiçildi və onu kiçik edən sonuncu insan onun üstündən tullanır. Onun nəsli torpaq birəsi kimi yenilməzdir.Sonuncu insan hamıdan çox yaşayır.

         Sonuncu insanlar gözlərini qırparaq deyirlər: “Xoşbəxtliyi biz tapdıq”.

         Onlar yaşamaq üçün soyuq olan ölkələri tərk etdilər: çünki onlara istilik lazımdır. Onlar həm də qonşusunu sevirlər və ona yaxınlaşırlar: çünki onların isti münasibətə ehtiyacları var.

         Xəstələnmək və ya inamsız olmaq onların arasında günah sayılır, çünki onlar ehtiyatla gəzirlər. Bəzi ağılsızlar hələ də daşlara,insanlara dəyib büdrəyirlər!

          Zaman zaman bir az zəhər: o, xoş yuxulara səbəb olur. Və sonunda, daha çox zəhər ki, xoş ölə biləsən.

         Onlar hələ də işləyirlər, çünki iş əyləncədir. Ancaq əyləncənin onları yormamasının qayğısını çəkirlər.

          Nə kasıb, nə də varlı olacaq: hər ikisi də çox əziyyətlidir. Və kim daha çox idarə etmək istərdi? Kim itaət edir? Hər ikisi də çox əziyyətlidir.

         Çoban yoxdur, yalnız sürü var! Hamı bərabərlik istəyir, hamı bərabərdir: kim özünü fərqli hiss edirsə, könüllü olaraq dəlixanaya gedir.

         Onların ən ağıllıları gözlərini qırparaq deyirlər: “Əvvəllər bütün dünya dəli idi”.

         Hər kəs ağıllıdır və hər kəs hər şeyi bilir; belə ki, fasiləsiz olaraq gülmək olar. Onlar hələ də mübahisə edirlər, amma tezliklə barışarlar - əks halda  bu, mədə pozguntusuna gətirib çıxarardı.

         Onlar gündüzdən də, gecələrdən də zövq alırlar; amma sağlamlıq hər şeydən üstündür.

         Onlar “Xoşbəxtliyi biz tapdıq” deyirlər və gözlərini qırpırlar.

         Zərdüştün “Müqəddimə” adlandırılan ilk nitqi burada başa çatdı, çünki camaatın qışqırığı və sevinci onu susmağa vadar etdi. “Bizə bu sonuncu insanı ver, ey Zərdüşt, bizi bu sonuncu insanlar kimi et! Biz isə sənə  fövqəlinsan verəcəyik!” – deyə qışqırdılar. Amma Zərdüşt kədərləndi və ürəyində dedi:“Onlar məni anlamır, mənim fikirlərim onlara çatmır”.

         Aydındır ki, mən dağda çox yaşamışam, çaylara və ağaclara çox qulaq asmışam: indi onlarla keçi otaranlar kimi danışıram.

         Ruhum  dağlar kimi əyilməz və işıqlıdır. Amma elə bilirlər ki, mən soyuqqanlıyam, gülüb dəhşətli zarafatlar edirəm.

        Və beləcə mənə baxıb gülürlər və gülərkən yenə də mənə nifrət edirlər. Onların gülüşlərində bir soyuqluq var”.

(Ardı var)

Tərcümə etdi: Şakir QURBANOV

 

 

Pin It

FÖVQƏLİNSAN VƏ SONUNCU İNSAN HAQQINDA

          Zərdüştün otuz yaşı tamam olanda vətənini, vətəninin gölünü tərk edib dağlara qalxdı. O, burada ruhundan, tənhalıqdan həzz alaraq yaşadı və  on il ərzində bu cür həyat onu bezdirmədi. Nəhayət, bir gün qəlbində bir dəyişiklik baş verdi və o, bir səhər günəşin şəfəqləri ilə bərabər qalxdı və üzünü günəşə tutub belə dedi:

         “Ey Günəş! Əgər üzərinə işıq saçdığın  insanlar olmasaydı, sənin xoşbəxtliyinin bir dəyəri olardımı? On il mağaramı işıqlandırdın. Əgər mənim özüm, qartalım və ilanım olmasaydı, sacdığın işığından,tutduğun yoldan özün bezərdin.

         Amma biz hər səhər səni, sənin işığını gözləmiş, şəfəqlərini artıqlaması ilə qəbul edib sənə dua etmişik.

         Bax! Mən həddindən artıq bal toplayan arı kimi öz müdrikliyimdən bezmişəm; mənə, mənə tərəf uzadılmış əllər lazımdır.  

         Mən insanlar arasında müdrik insanlar yenə dəliliklərinə, kasıblar isə sərvətlərinə sevinənə qədər vermək və bəxş etmək istərdim.

         Sən ey günəş! Bunu etmək üçün sənin hər axşam dənizə baş vurub işığını da dünyanın digər tərəfinə apardığın kimi, mən də aşağı enməliyəm.

         Mən aşağı enmək istəyən insanların dediyi - aşağı enməyi,qürub etməyi sənin kimi bacarmalıyam.

         Mənə xeyir-dua ver, ey gözütox, həddən artıq böyük xoşbəxtliyə belə həsəd aparmadan baxan!

         Aşıb-daşmağa hazır olan piyaləyə xeyir-dua ver ki, ondan qızılı su axsın və sevincinin parıltısını hər yerə yaysın!

         Bax, bu piyalə yenidən boşalmaq və Zərdüşt yenidən insan olmaq istəyir”.

      - Beləliklə, Zərdüştün qürubu başladı.

         Zərdüşt dağdan tək endi və onun qarşısına heç kim çıxmadı. Lakin o, meşəyə girəndə qəflətən qarşısına meşədə kök axtarmaq üçün müqəddəs daxmasını tərk etmiş qoca bir kişi çıxdı və Zərdüştə belə dedi:

         Bu sərgərdan mənə yad deyil. Bir neçə il əvvəl o, buradan keçib. Onu Zərdüşt deyə çağırırdılar. Amma o dəyişib.

         O zaman sən öz külünü dağa daşıdın. İndi isə odunu dərələrə aparmaq istəyirsən? Məgər yanğın törədənin cəzalandırılmasından qorxmursan?

         Bəli, mən Zərdüştü tanıyıram. Baxışı safdır, dodaqlarında nifrət yoxdur. Buna görə də rəqs edirmiş kimi yerimirmi?

         Zərdüşt dəyişdi, Zərdüşt uşaq oldu, Zərdüşt oyandı: yatanlar arasında nə istəyirsən?

         Dənizdəki kimi tək yaşayırdın və dəniz səni ağuşuna almışdı. Vay! quruya çıxmaq istəyirsən? Yenidən bədənini daşımaq istəyirsən?"

         Zərdüşt cavab verdi: “Mən insanları sevirəm”.

         Nurani qoca dedi: "Mən də meşəyə və səhraya məhz buna görə getmədimmi? Məgər mən insanları çox sevdiyim üçün getmədimmi?

         İndi isə mən insanları yox, Allahı sevirəm. İnsan mənim üçün çox qeyri-kamildir. İnsana sevgi məni öldürə bilərdi”.

         Zərdüşt cavab verdi: “Mən sevgi haqqında nə dedim?Mən insanlara hədiyyə aparıram”.

         Qoca dedi: “Onlara heç nə vermə! Onlardan bir şey götürüb özləri ilə aparmaq daha yaxşıdır - əgər bu sənin üçün yaxşı olsa, onlar üçün də yaxşı olacaq! Əgər onlara bir şey vermək istəyirsənsə, sədəqədən artıq heç nə vermə  və onları səndən bir şey istəmələrinə məcbur et!”

          Zərdüşt cavab verdi: “Xeyr, mən sədəqə vermirəm. “Bunun üçün çox kasıbam”.

         Nurani qoca Zərdüştə gülməyə başladı və dedi: “Onda çalış ki, onlar sənin xəzinəni qəbul etsinlər! Onlar zahidlərə qarşı inamsızdırlar və bizim vermək üçün gəldiyimizə inanmırlar!

         Küçələrdəki addımlarımız onlar üçün çox tənha səslənir. Gecə, yataqlarında, günəş doğmadan çox əvvəl gəzən bir insanı eşitsələr, özlərindən soruşurlar: bu oğru hara belə gedir?

         İnsanların yanına getmə və meşədə qal! Ən yaxşısı, heyvanlara tərəf get! Niyə mənim kimi olmaq istəmirsən - ayılar arasında ayı, quşlar arasında quş?”

         “Qoca meşədə nə edir?” – deyə Zərdüşt soruşdu.

         Qoca cavab verdi: “Mən mahnılar bəstələyirəm və oxuyuram və mahnılar bəstələyəndə gülürəm, ağlayıram və saqqalıma mızıldanıb Allahımı tərifləyirəm.

         Mahnı oxumaqla, ağlamaqla, gülməklə və mızıldanmaqla Allahımı həmd edirəm. İndi de görüm, bizə nə hədiyyə edirsən?”

         Bu sözləri eşidən Zərdüşt qocaya baş əydi və dedi: “Mən sizə nə verə bilərəm! İcazə verin, tez ayrılım ki, sizdən bir şey almayım!”- Beləliklə, onlar müxtəlif istiqamətlərə ayrıldı və ayrılarkən hər ikisi uşaq kimi güldü.

         Ancaq Zərdüşt tək qalanda ürəyində belə dedi: “Bu mümkündürmü! Bu nurani qoca öz meşəsində hələ Tanrının öldüyünü eşitməyib”.

         Meşənin arxasında uzanan ən yaxın şəhərə çatan Zərdüşt orada bazar meydanına toplaşan çoxlu sayda insan gördü: burada ona kəndir üzərində rəqs edənin tamaşı vəd edilmişdi. Zərdüşt xalqa belə dedi: Mən sizə fövqəlinsan haqqında öyrədirəm. İnsan, baş verəcək şeydə heç nədir. Onu üstələmək üçün nə etdiniz? 

         Bütün varlıqlar indiyə qədər özlərindən daha üstün bir şey yaratmışlar; və siz bu böyük dalğanın dibi olmaq və insanı ötüb keçməkdənsə, vəhşi vəziyyətə qayıtmaq istəyirsiniz?

         İnsana münasibətdə meymun nədir? Gülüş və ya əzablı ayıb. İnsan da fövqəlinsan üçün eyni olmalıdır: gülüş və ya ağrılı bir ayıb.

         Qurddan insana qədər yol keçdiniz, amma sizdə qurddan hələ çox şey qalıb. Siz bir vaxtlar meymun idiniz. Hətta indinin özündə insan meymundan daha çox meymundur.

         Aranızda ən müdrik belə ancaq nifaq və bitki ilə kabusun qarışığıdır. Məgər mən sizə kabus,yaxud bitki olmağı deyirəm?

         Mən sizə fövqəlinsan haqqında danışmaq istəyirəm!

         Fövqəlinsan-bütün yer üzünün mənasıdır.Qoy bunu iradəniz də desin: Fövqəlinsan-bütün yer üzünün mənası olsun!

         Qardaşlarım, sizə yalvarıram, yerə sadiq qalın və yerüstü ümidlərdən danışanlara inanmayın! Onlar zəhərləyicilərdir, bunu bilsələr də, bilməsələr də. Torpağın da bezarıdığı bu ölənlər,özlərini belə zəhərləyənlər həyata nifrət edirlər. Qoy onlar yox olsun!

(Ardı var)

Tərcümə etdi: Şakir QURBANOV

Pin It

 

“Fəlsəfədə idrak”

1

       Məndən soruşursunuz ki, filosofların özünəməxsusluğu nədir?.. Məsələn, onların tarixi hisslərinin olmaması, təşəkkül anlayışına nifrətləri, misirçiliyi. Onlar təsəvvür edirlər ki, onlar nəyisə tarixsizləşdirsələr, ondan mumiya düzəltsələr, bu,hörmətə layiq olacaq. Filosofların min illər boyu istifadə etdikləri hər şey anlayışların mumiyaları olmuşdur; onların əlindən heç bir şey canlı çıxmadı. Anlayışların bu bütpərəst cənabları öldürür, balzamlayır, ibadət etdikləri zaman həyat üçün təhlükəli olurlar. Ölüm, dəyişmə, qocalıq,doğuluş və böyümə onlar üçün etiraz, hətta təkzibdir.

       Olan yaranmır,yaranan olmur... İndi isə onların hamısı, hətta bir növ ümidsizliklə belə, varlığa inanırlar. Amma onu ələ keçirə bilmədiklərinə görə onlara verilməməsinin səbəblərini axtarırlar. “Varlığı qəbul etməməyimizdə bir illüziya, bir aldatma olmalıdır. Yalançı harada gizlənir?” “Biz onu tapmışıq - deyə onlar sevinclə qışqırırlar. Bu, hissiyyatdır!” Əslində çox əxlaqsız olan bu hisslər bizi gerçək dünya haqqında aldadır. Əxlaq: hisslərin aldadılmasından, təşəkküldən, tarixdən, yalandan xilas olmaq, hisslərə,yalana inamdan başqa bir şey deyildir. Əxlaq: hisslərə inanan hər şeyi inkar etmək. Qalan insanların hamısı bir “kütlə”dir. Filosof olmaq, mumiya olmaq, monotonizmi məzarçıların mimikaları ilə təsvir etmək!Hər şeydən əvvəl, həyasızcasına özündə hansısa bir həqiqi şey olduğunu göstərən, məntiqin bütün səhvlərinə məruz qalmış, təkzib edilmiş, hətta qeyri-mümkün olmuş və təəssüf hissinə layiq bütün bu hissləri özünüzdən uzaqlaşdırın!..”

2

          Dərin ehtiramla Heraklitin adını istisna edirəm. Əgər fəlsəfi publikanın qalan hissəsi hisslərin dəlillərini rədd edirdisə, o, onların dəlillərini rədd etdi. Çünki sonuncular onun çoxluğundan və dəyişilə bilməsindən danışır, şeylərin sanki daimi və vahid olduğunu göstərirdilər. Heraklit də hisslərə qarşı ədalətsiz idi. Eleatlar kimi, onun özü hesab edirdilər ki, onlar yalan danışmırdılar. Onlar ümumiyyətlə yalan danışmırlar. İlk dəfədir ki, onların şəhadətindən gətirdiyimiz şeylər onlara yalan, məsələn, vahidlik yalanı, şeylik yalanı, substansiyalar, sabitlik aşılayır... “İdrak”, hisslərin sübutunu təhrif etməyimizin səbəbidir. Hisslər təşəkkül, yox olma, dəyişiklik haqqında danışdığından yalan danışmırlar... Lakin Heraklit bu varlığn boş bir uydurma olmasında haqlı olaraq qalacaq. “Görünən” dünya yeganədir: “həqiqi dünya” ancaq ona bağlıdır.

3

          Hisslərimizdə necə də incə müşahidə alətlərimiz var! Məsələn, hələ heç bir filosofun hörmət və minnətdarlıqla danışmadığı burun. O, öhdəmizdə olan üzvlərdən ən incə üzvdir: o, hətta spektroskopun müəyyən edə bilmədiyi minimal hərəkət fərqlərini müəyyən edə bilir.

Bu gün biz hisslərin sübutlarını qəbul etməyə qərar verdiyimiz qədər elmə yiyələnirik. O qədər ki, onları daha da təkmilləşdirməyi, silahlandırmağı, sona qədər düşünməyi öyrəndik. Qalanları xəstəliklərdir və hələ də elm deyil. Mən metafizikanı, teologiyanı, psixologiyanı, idrak nəzəriyyəsini nəzərdə tuturam. Və ya formal elm, işarələr doktrinası: məntiq və tətbiqi məntiq, riyaziyyat kimi. Onlarda problem olaraq belə reallıq yoxdur; eləcə də məntiq kimi işarələrin konvensiyasının ümumən hansı dəyərə malik olması məsələsi.

4

        Filosofların başqa bir özünəməxsusluğu da heç də az təhlükəli deyil. O, sonuncu ilə birincini qarışdırmaqdan ibarətdir. Onlar sonda görünəni əvvələ qoyurlar - heyif! Çünki onlar heç görünməməlidir! - “ali anlayışlar”, yəni ən ümumi, ən boş məfhumlar, buxarlanan reallığın son tüstüsü.

        Bu, yenə də onların ibadət tərzinin ifadəsidir. Yüksək olan aşağıdan böyüməməli, ümumiyyətlə heç böyüməməlidir... Əxlaq: Birinci dərəcəli hər şey causa sui olmalıdır. Başqa bir şeydən qaynaqlanma etiraz, dəyər şübhəsi hesab olunur. Bütün ən yüksək dəyərlər birinci dərəcəlidir, bütün ən yüksək anlayışlar: mövcud olan, qeyd-şərtsiz, yaxşı, doğru, mükəmməl - bütün bunlar baş verə bilməz, buna görə də causa sui olmalıdır. Amma bütün bunlar bir-birinə bərabər ola bilməz, özü ilə də ziddiyyət təşkil edə bilməz...

        Beləliklə, onların qeyri-adi “Tanrı” anlayışı hazırdır...Axırıncı, ən nadir, ən boş olanı birinci, özlüyündə bir səbəb, ens realissimum kimi qəbul edilir... Beləliklə, bəşəriyyət xəstə hörümcəklərin beyin əzablarına ciddi yanaşmağa məcbur oldu və bu ona çox baha başa gəldi!..

5

         Nəhayət, gəlin bunu səhv və görünüş probleminə necə fərqli baxdığımızla müqayisə edək. Bir zamanlar dəyişikliyi, təşəkkülü görünüşün sübutu, bizi çaşdıran bir şeyin olması hesab edirdilər. Bu gün isə, əksinə, biz görürük ki, idrakın xürafatı bizi vəhdət, eynilik, sabitlik, substansiya, səbəb, zahirilik, varlıq tətbiq etməyə, səhv etməyimizə məcbur edir. Hesabın ciddi yoxlaması əsasında bunun səhv olduğuna nə qədər əmin olsaq da. günəşin hərəkətində olduğu kimi, burada da eynidir: orada yanılmanın daimi müdafiəçisi gözümüz, burada isə dilimizdir. Dil öz mənşəyinə görə psixologiyanın ən ibtidai forması dövrünə gedib çıxır. Əgər dil metafizikasının əsas fərziyyələrini şüurumuza daxil etsək, kobud fetişizmə düşmüş olarıq, almanca: idraka. O, hər yerdə edəni və ediləni görür. O, ümumən səbəb kimi iradəyə inanır. O, “Mən”ə bir varlıq, bir substansiya kimi inanır. Mənə inamı hər şeyə proyeksiya edir və bununla da ilk dəfə olaraq “şey” anlayışını yaradır. Varlıq fikir yaradır, hər yerə soxulur. “Mən” anlayışından ilk dəfə törəmə olaraq “varlıq” anlayışı yaranır... Başlanğıcda iradənin aktiv bir şey, bir qabiliyyət olduğu barədə yanlış bir təsəvvür yaranır... Bu gün biz bilirik ki, bu, sadəcə sözdür... Çox sonralar, min dəfə işıqlı dünyanın ortasında idrak kateqoriyalarının tətbiqində inam, subyektiv əminlik birdən-birə filosofların beyninə nüfuz etdi.

         Onlar belə nəticəyə gəldilər ki, sonuncu empirizmdən irəli gələ bilməz. Çünki, bütün empirizm onlarla ziddiyyət təşkil edir. Onlar haradan irəli gəlir? Yunanıstanda olduğu kimi, Hindistanda da eyni səhvə yol verdilər. “Biz bir vaxtlar daha yüksək dünyada (daha aşağı bir dünyada yaşamalıydıq demək əvəzinə: bu daha doğru olardı!) yaşamalıydıq.Biz ilahi olmalıydıq, Çünki bizim idrakımız var”!.. Əslində, indiyə qədər heç bir şey, məsələn, eleatların ifadə etdiyi kimi, varlıq haqqında yanlışlığa daha sadəlövh bir inandırma gücünə malik olmamışdır. Axı bizim hər sözümüz, hər cümləmiz onun üçün danışır! Eleatların əleyhdarları, Demokrit də atomunu icad edərkən varlıq anlayışının şirnikləndirilməsinə tabe oldular... Dildə “idrak” - köhnə yalançı! Qorxuram ki, Allahdan xilas olmayaq, çünki biz hələ də qrammatikaya inanırıq...

 Tərcümə etdi: Şakir QURBANOV

Pin It

Dünən İyulun 6-da Şuşada “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi” imzalanıb.

Pin It

Orta məktəb  məzunlarından bir qrupunun 48 ildən sonra reallaşan görüş-tədbiri

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN