“Fəlsəfədə idrak”
1
Məndən soruşursunuz ki, filosofların özünəməxsusluğu nədir?.. Məsələn, onların tarixi hisslərinin olmaması, təşəkkül anlayışına nifrətləri, misirçiliyi. Onlar təsəvvür edirlər ki, onlar nəyisə tarixsizləşdirsələr, ondan mumiya düzəltsələr, bu,hörmətə layiq olacaq. Filosofların min illər boyu istifadə etdikləri hər şey anlayışların mumiyaları olmuşdur; onların əlindən heç bir şey canlı çıxmadı. Anlayışların bu bütpərəst cənabları öldürür, balzamlayır, ibadət etdikləri zaman həyat üçün təhlükəli olurlar. Ölüm, dəyişmə, qocalıq,doğuluş və böyümə onlar üçün etiraz, hətta təkzibdir.
Olan yaranmır,yaranan olmur... İndi isə onların hamısı, hətta bir növ ümidsizliklə belə, varlığa inanırlar. Amma onu ələ keçirə bilmədiklərinə görə onlara verilməməsinin səbəblərini axtarırlar. “Varlığı qəbul etməməyimizdə bir illüziya, bir aldatma olmalıdır. Yalançı harada gizlənir?” “Biz onu tapmışıq - deyə onlar sevinclə qışqırırlar. Bu, hissiyyatdır!” Əslində çox əxlaqsız olan bu hisslər bizi gerçək dünya haqqında aldadır. Əxlaq: hisslərin aldadılmasından, təşəkküldən, tarixdən, yalandan xilas olmaq, hisslərə,yalana inamdan başqa bir şey deyildir. Əxlaq: hisslərə inanan hər şeyi inkar etmək. Qalan insanların hamısı bir “kütlə”dir. Filosof olmaq, mumiya olmaq, monotonizmi məzarçıların mimikaları ilə təsvir etmək!Hər şeydən əvvəl, həyasızcasına özündə hansısa bir həqiqi şey olduğunu göstərən, məntiqin bütün səhvlərinə məruz qalmış, təkzib edilmiş, hətta qeyri-mümkün olmuş və təəssüf hissinə layiq bütün bu hissləri özünüzdən uzaqlaşdırın!..”
2
Dərin ehtiramla Heraklitin adını istisna edirəm. Əgər fəlsəfi publikanın qalan hissəsi hisslərin dəlillərini rədd edirdisə, o, onların dəlillərini rədd etdi. Çünki sonuncular onun çoxluğundan və dəyişilə bilməsindən danışır, şeylərin sanki daimi və vahid olduğunu göstərirdilər. Heraklit də hisslərə qarşı ədalətsiz idi. Eleatlar kimi, onun özü hesab edirdilər ki, onlar yalan danışmırdılar. Onlar ümumiyyətlə yalan danışmırlar. İlk dəfədir ki, onların şəhadətindən gətirdiyimiz şeylər onlara yalan, məsələn, vahidlik yalanı, şeylik yalanı, substansiyalar, sabitlik aşılayır... “İdrak”, hisslərin sübutunu təhrif etməyimizin səbəbidir. Hisslər təşəkkül, yox olma, dəyişiklik haqqında danışdığından yalan danışmırlar... Lakin Heraklit bu varlığn boş bir uydurma olmasında haqlı olaraq qalacaq. “Görünən” dünya yeganədir: “həqiqi dünya” ancaq ona bağlıdır.
3
Hisslərimizdə necə də incə müşahidə alətlərimiz var! Məsələn, hələ heç bir filosofun hörmət və minnətdarlıqla danışmadığı burun. O, öhdəmizdə olan üzvlərdən ən incə üzvdir: o, hətta spektroskopun müəyyən edə bilmədiyi minimal hərəkət fərqlərini müəyyən edə bilir.
Bu gün biz hisslərin sübutlarını qəbul etməyə qərar verdiyimiz qədər elmə yiyələnirik. O qədər ki, onları daha da təkmilləşdirməyi, silahlandırmağı, sona qədər düşünməyi öyrəndik. Qalanları xəstəliklərdir və hələ də elm deyil. Mən metafizikanı, teologiyanı, psixologiyanı, idrak nəzəriyyəsini nəzərdə tuturam. Və ya formal elm, işarələr doktrinası: məntiq və tətbiqi məntiq, riyaziyyat kimi. Onlarda problem olaraq belə reallıq yoxdur; eləcə də məntiq kimi işarələrin konvensiyasının ümumən hansı dəyərə malik olması məsələsi.
4
Filosofların başqa bir özünəməxsusluğu da heç də az təhlükəli deyil. O, sonuncu ilə birincini qarışdırmaqdan ibarətdir. Onlar sonda görünəni əvvələ qoyurlar - heyif! Çünki onlar heç görünməməlidir! - “ali anlayışlar”, yəni ən ümumi, ən boş məfhumlar, buxarlanan reallığın son tüstüsü.
Bu, yenə də onların ibadət tərzinin ifadəsidir. Yüksək olan aşağıdan böyüməməli, ümumiyyətlə heç böyüməməlidir... Əxlaq: Birinci dərəcəli hər şey causa sui olmalıdır. Başqa bir şeydən qaynaqlanma etiraz, dəyər şübhəsi hesab olunur. Bütün ən yüksək dəyərlər birinci dərəcəlidir, bütün ən yüksək anlayışlar: mövcud olan, qeyd-şərtsiz, yaxşı, doğru, mükəmməl - bütün bunlar baş verə bilməz, buna görə də causa sui olmalıdır. Amma bütün bunlar bir-birinə bərabər ola bilməz, özü ilə də ziddiyyət təşkil edə bilməz...
Beləliklə, onların qeyri-adi “Tanrı” anlayışı hazırdır...Axırıncı, ən nadir, ən boş olanı birinci, özlüyündə bir səbəb, ens realissimum kimi qəbul edilir... Beləliklə, bəşəriyyət xəstə hörümcəklərin beyin əzablarına ciddi yanaşmağa məcbur oldu və bu ona çox baha başa gəldi!..
5
Nəhayət, gəlin bunu səhv və görünüş probleminə necə fərqli baxdığımızla müqayisə edək. Bir zamanlar dəyişikliyi, təşəkkülü görünüşün sübutu, bizi çaşdıran bir şeyin olması hesab edirdilər. Bu gün isə, əksinə, biz görürük ki, idrakın xürafatı bizi vəhdət, eynilik, sabitlik, substansiya, səbəb, zahirilik, varlıq tətbiq etməyə, səhv etməyimizə məcbur edir. Hesabın ciddi yoxlaması əsasında bunun səhv olduğuna nə qədər əmin olsaq da. günəşin hərəkətində olduğu kimi, burada da eynidir: orada yanılmanın daimi müdafiəçisi gözümüz, burada isə dilimizdir. Dil öz mənşəyinə görə psixologiyanın ən ibtidai forması dövrünə gedib çıxır. Əgər dil metafizikasının əsas fərziyyələrini şüurumuza daxil etsək, kobud fetişizmə düşmüş olarıq, almanca: idraka. O, hər yerdə edəni və ediləni görür. O, ümumən səbəb kimi iradəyə inanır. O, “Mən”ə bir varlıq, bir substansiya kimi inanır. Mənə inamı hər şeyə proyeksiya edir və bununla da ilk dəfə olaraq “şey” anlayışını yaradır. Varlıq fikir yaradır, hər yerə soxulur. “Mən” anlayışından ilk dəfə törəmə olaraq “varlıq” anlayışı yaranır... Başlanğıcda iradənin aktiv bir şey, bir qabiliyyət olduğu barədə yanlış bir təsəvvür yaranır... Bu gün biz bilirik ki, bu, sadəcə sözdür... Çox sonralar, min dəfə işıqlı dünyanın ortasında idrak kateqoriyalarının tətbiqində inam, subyektiv əminlik birdən-birə filosofların beyninə nüfuz etdi.
Onlar belə nəticəyə gəldilər ki, sonuncu empirizmdən irəli gələ bilməz. Çünki, bütün empirizm onlarla ziddiyyət təşkil edir. Onlar haradan irəli gəlir? Yunanıstanda olduğu kimi, Hindistanda da eyni səhvə yol verdilər. “Biz bir vaxtlar daha yüksək dünyada (daha aşağı bir dünyada yaşamalıydıq demək əvəzinə: bu daha doğru olardı!) yaşamalıydıq.Biz ilahi olmalıydıq, Çünki bizim idrakımız var”!.. Əslində, indiyə qədər heç bir şey, məsələn, eleatların ifadə etdiyi kimi, varlıq haqqında yanlışlığa daha sadəlövh bir inandırma gücünə malik olmamışdır. Axı bizim hər sözümüz, hər cümləmiz onun üçün danışır! Eleatların əleyhdarları, Demokrit də atomunu icad edərkən varlıq anlayışının şirnikləndirilməsinə tabe oldular... Dildə “idrak” - köhnə yalançı! Qorxuram ki, Allahdan xilas olmayaq, çünki biz hələ də qrammatikaya inanırıq...
Tərcümə etdi: Şakir QURBANOV