FÖVQƏLİNSAN VƏ SONUNCU İNSAN HAQQINDA

          Zərdüştün otuz yaşı tamam olanda vətənini, vətəninin gölünü tərk edib dağlara qalxdı. O, burada ruhundan, tənhalıqdan həzz alaraq yaşadı və  on il ərzində bu cür həyat onu bezdirmədi. Nəhayət, bir gün qəlbində bir dəyişiklik baş verdi və o, bir səhər günəşin şəfəqləri ilə bərabər qalxdı və üzünü günəşə tutub belə dedi:

         “Ey Günəş! Əgər üzərinə işıq saçdığın  insanlar olmasaydı, sənin xoşbəxtliyinin bir dəyəri olardımı? On il mağaramı işıqlandırdın. Əgər mənim özüm, qartalım və ilanım olmasaydı, sacdığın işığından,tutduğun yoldan özün bezərdin.

         Amma biz hər səhər səni, sənin işığını gözləmiş, şəfəqlərini artıqlaması ilə qəbul edib sənə dua etmişik.

         Bax! Mən həddindən artıq bal toplayan arı kimi öz müdrikliyimdən bezmişəm; mənə, mənə tərəf uzadılmış əllər lazımdır.  

         Mən insanlar arasında müdrik insanlar yenə dəliliklərinə, kasıblar isə sərvətlərinə sevinənə qədər vermək və bəxş etmək istərdim.

         Sən ey günəş! Bunu etmək üçün sənin hər axşam dənizə baş vurub işığını da dünyanın digər tərəfinə apardığın kimi, mən də aşağı enməliyəm.

         Mən aşağı enmək istəyən insanların dediyi - aşağı enməyi,qürub etməyi sənin kimi bacarmalıyam.

         Mənə xeyir-dua ver, ey gözütox, həddən artıq böyük xoşbəxtliyə belə həsəd aparmadan baxan!

         Aşıb-daşmağa hazır olan piyaləyə xeyir-dua ver ki, ondan qızılı su axsın və sevincinin parıltısını hər yerə yaysın!

         Bax, bu piyalə yenidən boşalmaq və Zərdüşt yenidən insan olmaq istəyir”.

      - Beləliklə, Zərdüştün qürubu başladı.

         Zərdüşt dağdan tək endi və onun qarşısına heç kim çıxmadı. Lakin o, meşəyə girəndə qəflətən qarşısına meşədə kök axtarmaq üçün müqəddəs daxmasını tərk etmiş qoca bir kişi çıxdı və Zərdüştə belə dedi:

         Bu sərgərdan mənə yad deyil. Bir neçə il əvvəl o, buradan keçib. Onu Zərdüşt deyə çağırırdılar. Amma o dəyişib.

         O zaman sən öz külünü dağa daşıdın. İndi isə odunu dərələrə aparmaq istəyirsən? Məgər yanğın törədənin cəzalandırılmasından qorxmursan?

         Bəli, mən Zərdüştü tanıyıram. Baxışı safdır, dodaqlarında nifrət yoxdur. Buna görə də rəqs edirmiş kimi yerimirmi?

         Zərdüşt dəyişdi, Zərdüşt uşaq oldu, Zərdüşt oyandı: yatanlar arasında nə istəyirsən?

         Dənizdəki kimi tək yaşayırdın və dəniz səni ağuşuna almışdı. Vay! quruya çıxmaq istəyirsən? Yenidən bədənini daşımaq istəyirsən?"

         Zərdüşt cavab verdi: “Mən insanları sevirəm”.

         Nurani qoca dedi: "Mən də meşəyə və səhraya məhz buna görə getmədimmi? Məgər mən insanları çox sevdiyim üçün getmədimmi?

         İndi isə mən insanları yox, Allahı sevirəm. İnsan mənim üçün çox qeyri-kamildir. İnsana sevgi məni öldürə bilərdi”.

         Zərdüşt cavab verdi: “Mən sevgi haqqında nə dedim?Mən insanlara hədiyyə aparıram”.

         Qoca dedi: “Onlara heç nə vermə! Onlardan bir şey götürüb özləri ilə aparmaq daha yaxşıdır - əgər bu sənin üçün yaxşı olsa, onlar üçün də yaxşı olacaq! Əgər onlara bir şey vermək istəyirsənsə, sədəqədən artıq heç nə vermə  və onları səndən bir şey istəmələrinə məcbur et!”

          Zərdüşt cavab verdi: “Xeyr, mən sədəqə vermirəm. “Bunun üçün çox kasıbam”.

         Nurani qoca Zərdüştə gülməyə başladı və dedi: “Onda çalış ki, onlar sənin xəzinəni qəbul etsinlər! Onlar zahidlərə qarşı inamsızdırlar və bizim vermək üçün gəldiyimizə inanmırlar!

         Küçələrdəki addımlarımız onlar üçün çox tənha səslənir. Gecə, yataqlarında, günəş doğmadan çox əvvəl gəzən bir insanı eşitsələr, özlərindən soruşurlar: bu oğru hara belə gedir?

         İnsanların yanına getmə və meşədə qal! Ən yaxşısı, heyvanlara tərəf get! Niyə mənim kimi olmaq istəmirsən - ayılar arasında ayı, quşlar arasında quş?”

         “Qoca meşədə nə edir?” – deyə Zərdüşt soruşdu.

         Qoca cavab verdi: “Mən mahnılar bəstələyirəm və oxuyuram və mahnılar bəstələyəndə gülürəm, ağlayıram və saqqalıma mızıldanıb Allahımı tərifləyirəm.

         Mahnı oxumaqla, ağlamaqla, gülməklə və mızıldanmaqla Allahımı həmd edirəm. İndi de görüm, bizə nə hədiyyə edirsən?”

         Bu sözləri eşidən Zərdüşt qocaya baş əydi və dedi: “Mən sizə nə verə bilərəm! İcazə verin, tez ayrılım ki, sizdən bir şey almayım!”- Beləliklə, onlar müxtəlif istiqamətlərə ayrıldı və ayrılarkən hər ikisi uşaq kimi güldü.

         Ancaq Zərdüşt tək qalanda ürəyində belə dedi: “Bu mümkündürmü! Bu nurani qoca öz meşəsində hələ Tanrının öldüyünü eşitməyib”.

         Meşənin arxasında uzanan ən yaxın şəhərə çatan Zərdüşt orada bazar meydanına toplaşan çoxlu sayda insan gördü: burada ona kəndir üzərində rəqs edənin tamaşı vəd edilmişdi. Zərdüşt xalqa belə dedi: Mən sizə fövqəlinsan haqqında öyrədirəm. İnsan, baş verəcək şeydə heç nədir. Onu üstələmək üçün nə etdiniz? 

         Bütün varlıqlar indiyə qədər özlərindən daha üstün bir şey yaratmışlar; və siz bu böyük dalğanın dibi olmaq və insanı ötüb keçməkdənsə, vəhşi vəziyyətə qayıtmaq istəyirsiniz?

         İnsana münasibətdə meymun nədir? Gülüş və ya əzablı ayıb. İnsan da fövqəlinsan üçün eyni olmalıdır: gülüş və ya ağrılı bir ayıb.

         Qurddan insana qədər yol keçdiniz, amma sizdə qurddan hələ çox şey qalıb. Siz bir vaxtlar meymun idiniz. Hətta indinin özündə insan meymundan daha çox meymundur.

         Aranızda ən müdrik belə ancaq nifaq və bitki ilə kabusun qarışığıdır. Məgər mən sizə kabus,yaxud bitki olmağı deyirəm?

         Mən sizə fövqəlinsan haqqında danışmaq istəyirəm!

         Fövqəlinsan-bütün yer üzünün mənasıdır.Qoy bunu iradəniz də desin: Fövqəlinsan-bütün yer üzünün mənası olsun!

         Qardaşlarım, sizə yalvarıram, yerə sadiq qalın və yerüstü ümidlərdən danışanlara inanmayın! Onlar zəhərləyicilərdir, bunu bilsələr də, bilməsələr də. Torpağın da bezarıdığı bu ölənlər,özlərini belə zəhərləyənlər həyata nifrət edirlər. Qoy onlar yox olsun!

(Ardı var)

Tərcümə etdi: Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN