Onlayn konfransa Türkiyədən, Rusiya, Azərbaycan, Pakistan, İrak və digər ölkələrdən qoşulan çoxsaylı mütəxəssislər və ekspertlər Qarabağda, Qəzzada və digər bölgələrdə törədilən hərbi cinayətlərin baiskarlarının cəzalandırılma mexanizmini müzakirə etdilər...

Xatırladırıq ki, KASSAK rəhbərliyi Türkiyədə Beynəlxalq Cəza Məhkəməsi qurulması üçün də bir sıra mühüm addımlar atmaqdadır. Belə ki, bu istiqamətdə Türkiyənin aidiyyəti dövlət qururmları ilə müştərək əlaqələr qurulmaqdadır və bu məhkəmənin gələcəkdə türkdilli ölkələrdə işlək mexanizminin tətbiqinə çalışılır... 

 ***

Beləliklə, ötən gün-noyabrın 5-də, Türkiyə vaxtı ilə axşam saat 18:00-da Qarabağ Müharibə Cinayətlərini Araşdırma Komissiyasının “Beynəlxalq Aralıq dənizi Zirvəsi: 2023 -Qüds və Qarabağ” mövzusunda beynəlxalq konfransı düzənləndi. Türkiyənin Kontr-admiralı, tanınmış politoloq Cihat Yaycı Paşa Konfransda çıxış edərək mövzu ətrafında mühüm təkliflər irəli sürərək dedi: «…Aralıq dənizi son dərəcə vacib bir bölgədir. Türkiyə əvvəlcə Aralıq dənizində müstəsna iqtisadi zona elan etməlidir. Aydın şəkildə deyilməlidir ki, “Oradakı təbii qaynaqlar mənə məxsusdur”. Təkcə Aralıq dənizində tuna balığının illik itkisi 400 milyon dollar təşkil edir. Bu ərazi eksklüziv zona elan edilmədiyi üçün bu balıqlar ictimaiyyət tərəfindən tutulur. Misir eksklüziv iqtisadi zona elan etdi. Ona görə də bizim balıqçılar Misir sahillərinə gedə bilmirlər, lakin misirli balıqçılar Karpat sahillərində balıq tuta bilərlər".

Cihat Yaycı Paşa əlavə edərək bildirdi ki, «Türkiyədə ictimai rəyin gücü çoxdur… Vəzifəm zamanı heç kimin yaza bilmədiyi şeyləri yazıb kitaba çevirdim. Qiymətini də ödədim. “Mavi Vətən» ideyası mənim ideyamdır, mən Liviya haqqında Sazişin mətnini də yazdım, orada xəritəsini də  çəkdim”.

Prof. Dr. Ata Atun söz alaraq, bu gözəl görüşə görə Komissiyanın bütün üzvlərinə, başda Sədr Salih Kurt və Moderator Müslüm Aktürkə öz hörmət və sevgisini ifadə edərək dedi: “Amiralımızdan soruşmaq istərdim ki, Türkiyə niyə eksklüziv olaraq Aralıq dənizini özünün iqtisadi zonası elan etmədi?" Bu suala Cihat Yaycı Paşa belə cavab verdi: "Yəqin Xarici İşlər Nazirliyi işdən baş aça bilmədiyi üçün hələ heç bir iş görə bilməyib. Amma Türkiyə hələki itirir. İnşaallah, daha yaxşı olar."

  KASSAK Prezidenti Salih Kurt: “Cihat Yaycı Paşamıza  təşəkkür edirəm ki, Mənbic və Süleyman Şah türbəsi ilə bağlı bir neçə açıqlama verdi. Onun fikirləri ilə tamamilə razıyam, Qəzzada indi türk əsgərlərinin döyüşməsinin mümkünlüyü ilə bağlı məsələ aydındır, bu, ümumi vəziyyəti daha da çətinləşdirə bilər. Ancaq orada baş verən soyqırımı nəzərə alaraq Türkiyədə bir çox yerli və xarici hüquqşünasların iştirak etdiyi bir araşdırmaya başlamışıq. Ona görə də belə bir suala cavabınızı istərdim: “Türkiyədə Beynəlxalq Hərbi Cinayətlər Məhkəməsinin yaradılması barədə nə düşünürsünüz? Bir də, könüllülər var ki, Qəzzaya gedib döyüşmək istəirlər…».

 kassak-5

 Kontr-admiral Cihat Yaycı bu suala belə cavab verdi: “İlk növbədə hamıya bir sual vermək istəyirəm: İsrail ərazisindən keçmədən Türkiyədən Qəzza zolağına necə gedə bilərsiniz? Suriyadan da oraya təhlükəsiz maşın sürmək mümkünsüzdür… Dənizdən keçəcəksiniz? Bunu etmək istəsəniz,  İsrailə müharibə elan etmiş olacaqsınız. Açıq deyirəm, İsrail-Fələstin məsələsində Türkiyə strateji dövləti maraqlarına uyğun hərəkət etməlidir. Türkiyənin ən mühüm marağı ölkə vətəndaşlarının- türk millətinin təhlükəsizliyini təmin etməkdir. Niyə Türk millətinin təhlükəsizliyini zərbə altına qoyursunuz? Ona görə də Fələstinin və İsrailin coğrafi xəritəsinə baxmadan danışmaq belə düzgün deyil… Qəzza zolağında baş verənlər çoxdan müharibə cinayəti hesab olunurdu. Amma bu artıq insanlığa qarşı cinayətdir… O ki qaldı bu soyqırıma son qoymağın yollarına və vasitələrinə, bunlara son qoymağın yeganə yolu Qərb iqtisadiyyatını iflic etməkdir. Türkiyənin edə biləcəyi tək şey indiki halda təcili olaraq İslam Əməkdaşlıq Təşkilatının iclasını çağırmaq, Avropaya neft və təbii qaz ixracını maksimum azaltmaq, bütün ticarət razılaşmalarını və bütün ödənişləri dayandırmaqdır. Əgər müharibə bölgəsinə, Avropaya göndərilən yanacaq dayandırılsa, sizi inandırıram ki, 3-5 gündən sonra Avropada hamı benzin üçün növbəyə duracaq və 3 gündən sonra Qəzza zolağında da soyqırım bitəcək”.

Fələstinin yerinə yetirilməsi lazım olan prioritetlərinin olduğunu bildirən kontr-admiral Cihat Yayci daha sonra dedi: “İlk növbədə Fələstin Cənubi Kiprin Rum administrasiyasındakı səfirini geri çağırmalıdır. Türkiyə dostluğu müqabilində Şimali Kipr Türk TC-ni tanımalı və paytaxtı Lefkoşaya səfir təyin etməlidir… Bundan başqa, Fələstin Dövləti dənizdəki karbohidrogen ehtiyatlarını qorumaqla öz dəniz sahillərini işğaldan qorumaq üçün Türkiyə ilə dəniz delimitasiyası sazişi, yəni müstəsna iqtisadi zona sazişi bağlamalıdır. Vəssalam! Üçüncüsü, Qəzzada soyqırıma son qoymaq üçün İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər Qərbə təbii qaz və neft embarqosu qoymalı və Qərblə mühüm razılaşmaları dayandırmalıdır”.

Paşanın bu açıqlamalarına KASSAK Media İdarə Heyətinin sədri Yasemin Kurtun bir sualı oldu: “Türkiyədə Beynəlxalq Hərbi Cinayətlər Məhkəməsi yaradılarsa, Qəzza zolağında, yaxud Qarabağda insanlığa qarşı törədilən bu cinayətlərə görə məsuliyyət daşıyanlar Türkiyədə mühakimə oluna biləcəkmi?”.

 Bu suala cavab olaraq kontr-admiral Cihat Yaycı Paşa bildirdi ki, müharibə cinayətləri məhkəmələri təmiz bir quruluşla yaradıla bilər və günahkarlar və ittiham olunanlar mühakimə oluna bilər…

***

KASSAK prezidenti Salih KURT: “Paşam, düşünürəm ki, Türkiyədə təcili olaraq “Beynəlxalq Müharibə Cinayətləri Məhkəməsi” yaratmalıdır. Türkiyənin bunun üçün kifayət qədər əsasları və faktları var. Qapalı hərbi məhkəmələrin məhkəmə təcrübəsi Beynəlxalq Müharibə Cinayətləri Tribunalının xətti ilə dəyişdirilə və uyğunlaşdırıla bilər…».

S.Kurt əlavə etdi ki, Türkiyədə ləğv edilmiş hərbi məhkəmələrin bütün materiallarını yeni yaradılan Beynəlxalq Hərbi Cinayətlər Məhkəməsinə verməklə qısa müddətdə Beynəlxalq Hərbi Cinayətlər Tribunalını yaratmaq olar: «Hətta bu məhkəmələrin hüquqi statusunda bir neçə maddələri dəyişdirməklə fəaliyyəti beynəlxalq hüquqa uyğunlaşdırıla bilər».

E.Kontr-admiral Cihat Yaycının bu və ya digər məsələlərə dair cavabı belə oldu: “Türk Dövlətləri Təşkilatının dəstəyi ilə Türkiyədə belə bir məhkəmənin yaradılması vacibdir. Amma həmin qurumun üzv dövlətlərinin ali rəhbərliyi bu məhkəmənin fəaliyyətini ratifikasiya etməlidir. Bu isə Türkiyəyə ciddi üstünlük verərdi».

Jurnalist, Azərbaycanda nəşr olunan tezadlar.az saytının rəhbəri Asif MƏMMƏDLİ(Mərzili) söz alaraq mövzu ilə bağlı bunları dedi: “Bu gün Qəzza bölgəsində baş verənlər bizə yaxşı tanışdır. Biz erməni quldurlarının oxşar əzablarını 30 il əvvəl Qarabağda da, Xocalıda da yaşamışıq… Lakin hər bir dövlətin, bu sırada Azərbaycanın öz dövləti siyasəti var. Arzu edirik ki, İsraildə və Qəzza zolağında baş verənlər ən qısa zamanda sona çatsın, müharibə nöqtələnsin, qan tökülməsi dayandırılsın…».

Türkiyə Vəkillər Kollegiyasının sədri Av. Mustafa KURAN: “Mən sevinirəm ki, bu cəmiyyətdə savadlı, intellektli insanlar var. Bu vəziyyəti öz vicdanı ilə dəyərləndirənlərin qənaətinə söykənərək deyə bilərəm ki, Qəzza bölgəsində soyqırım törədən İsrailə dəstək verən Amerika da, Avropa da uğursuzluğa düçar olacaq. Beynəlxalq Müharibə Cinayətləri Məhkəməsinə gəlincə, düşünürəm ki, bu vacib ideyadır, bu məhkəmə mütləq yaradılmalıdır, komissiyamızın prezidenti başda olmaqla, KASSAK adından ilk şikayətimiz də İsrailə qarşı olacaq. Biz haqsızlığa qarşı çıxacağıq. Prezidentimiz cənab Salih Kurta və Komissiyanın bütün üzvlərinə təşəkkürümü bildirirəm”.

kassak-pija

Prof. Doktor Kerem Karabulut: “Cihat Paşamıza təşəkkür edirəm. Ürəyi və cəsarəti ilə nümunə göstərir. İslam coğrafiyasında vəziyyət göz qabağındadır. Deyək ki, indiyə qədər Türkiyə hər cəhətdən qeyri-adekvat idisə, indi elmi və texnoloji inkişafı ilə qüdrətini nümayiş etdirməkdədir. Bu toplantının təşkilinə görə prezidentimiz Salih Kurta və əməyi olan Komissiya üzvlərinə təşəkkür edirəm və inanıram ki, fiziki olaraq İstanbulda və ya Ankarada toplansaq və yekun bəyannamə olaraq versək, növbəti konfrans daha effektli olacaqr”.

Moskvada yaşayıb fəaliyyət göstərən Prof. Doktor Kamran Rüstəmov çıxışında dedi: “Mən Fələstin məsələsinin Türkiyə üçün əhəmiyyətini çox yaxşı bilirəm. Türkiyə prezidenti cənab Ərdoğanın 2009-cu ildə Davos sammitində sülh çağırışları hələ də yadımdadır. Rusiya Fələstin dövlətinin yaradılmasının tərəfdarıdır. Avropada xristianların yaratdığı Beynəlxalq İnsan Haqları Məhkəməsi, Həmçinin Beynəlxalq Ədalət Məhkəməsi var. İslam və türk dövlətləri terrorlara məruz qalır, amma bu məhkəmələr yalnız xristianları müdafiə edir. İslam və türkdilli ölkələr onlara qarşı törədilən zülmlər qarşısında öz mövqelərini bildirməlidirlər. İslam və türk dünyasında niyə Beynəlxalq Hərbi Cinayətlər Məhkəməsi olmasın? Bu mənada biz prezident Salih Kurtun və Komissiyanın işini dəstəkləyirik”.

 Beynəlxalq Əhli-Beyt Dərnəyinin sədri Çesim Zeydanlı İsra surəsinin 72-ci ayəsinə işarə edərək dedi: “Dünyada baş verənlərə haqq çərçivəsində etinasız yanaşan kəs Qiyamət günü kor olar. (İsra, ayə 72.) Sivil adlandırdığımız Avropa 8000-ə yaxın uşaq və qadının soyqırıma məruz qaldığı Qəzza zolağı ilə bağlı İsraili dəstəkləyir, sülhə çalışmır. Bu mənada məzlum xalqa cüzi də olsa mənəvi dəstək olan hörmətli prezidentimiz Salih Kurt başda olmaqla hər birinizə təşəkkür edirəm. Dünyadakı etiraz aksiyaları zamanı jurnalistlər etirazçılara “Sizin Fələstinlə nə əlaqəniz var?” sualını verib. Dini İslam olmayanların cavabını xatırlayaq: “Qəzzada ölən insanlar deyil, insanlıqdır”. Onların jurnalistlərə verdiyi cavablar çox əhəmiyyətlidir, bizlər bunu unutmamalıyıq».

Konfransa qonaq məruzəçi kimi qoşulan Türkiyə  Strateji Araşdırmalar İnstitutunun prezidenti Şener Mengene çıxışında bunları söylədi: “Biz əvvəllər Qəzza məsələsi ilə bağlı çoxlu araşdırmalar aparmışıq. İslam əməkdaşlıq ölkələri və D8 ölkələri ilə də görüşlər keçirdik. Texniki və iqtisadi araşdırmalarımıza əsasən hesab edirik ki, boykotun davamlılığının necə təmin ediləcəyi ilə bağlı strateji araşdırmaya ehtiyac var. Bu çox vacib görüşə görə hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm”.

Türkiyəli Prof. Dr. İnanç Özgen çıxışında dedi: “Ölkəmizdə Beynəlxalq Müharibə Cinayətləri və İstintaq Məhkəməsinin yaradılmasını son dərəcə vacib hesab edirəm. Bu məhkəmənin tez bir zamanda ölkəmizdə yaradılması bizim regionumuzda və xüsusilə Qarabağda və Qəzzada baş verən insan faciəsinə ölkə olaraq səssiz qalmayacağımızın təminatıdır. Belə mühüm qərarların yalnız belə yüksək səviyyəli beynəlxalq görüşlərdə qəbul edilməsi belə insanlığa qarşı cinayət törədənlər üçün məsuliyyət deməkdir».

Prof. Doktor Qafar Çakmaklı Erciyes Universitetində indi də ermənişünaslıq üzərində çalışdığını bildirdi və saxta «Erməni Soyqırımı» ilə bağlı araşdırmalarını diqqətə çatdırdı. O, bildirdi ki, 1,5 milyon erməninin soyqırıma məruz qalması yalandır. Sitat: “1,5 milyon erməni soyqırıma məruz qalıbsa, onların məzarları haradadır? Kütləvi məzarlıqlar indi qazılmalı idi. Ermənistan tarixi başdan ayağa tamamilə yalan və uydurma üzərində yazılıb...».

Natiq belə bir beynəlxalq komissiyaya rəhbərlik etdiyi üçün prezident Salih Kurta təşəkkür etdi.

kassak-3

Müəllim Dos. Doktor Rəhman Aydın fikirlərini belə ifadə etdi: “Çox mühüm məsələlərin müzakirə edildiyi bu görüşü təşkil edənlərə, başda KASSAK prezidenti cənab Salih Kurt olmaqla, hər kəsə təşəkkür edirəm. “Türkiyədə Beynəlxalq Müharibə Cinayətləri Məhkəməsinin yaradılması üçün prezident Salih Kurtun rəhbərliyi ilə bu işə lazım olan bütün dəstəyi verəcəyik”.

O, bəşəriyyətə xidmət edən belə mühüm beynəlxalq toplantıların keçirildiyi Komissiyaya daxil olmağın onun öz karyerasında əldə etdiyi  təcrübəyə xüsusi əhəmiyyət verdiyini vurğulayaraq Prezident Salih Kurta təşəkkür etdi.

Konfransa Azərbaycandan qoşulan ehtiyatda olan Polkovnik-leytenant Alparslan İmamquluyev də söz alaraq Beynəlxalq Hərbi Cinayətlər Məhkəməsinin soyqırımların qarşısını ala biləcəyini, soyqırımı törədənlərin cəzalandırılması üçün onların əməllərinin hərbi cinayətlərə tövsif olunmasında  atılacaq ən vacib addım olduğunu vurğuladı və Prezident Salih Kurta və Komissiya üzvlərinə bu istiqamətdə göstərdikləri böyük səylərə görə təşəkkür etdi.

Prof. Doktor Fəxri Sakal kontr-admiral Cihat Yaycı ilə həmfikir olduğunu ifadə edərək dedi: «Embarqo tətbiq etmək də mühüm strategiyadır. Biz vətəndaşlar olaraq bazarda İsraili dəstəkləyən şirkətlərin məhsullarını boykot etməliyik. Boykot edilmiş İsraili dəstəkləyən şirkətlər müştərilərinin 10%-ni, rəqib şirkətlər isə 20%-ni itirəcəklər. Bunun İsrailə təsirinin 40% olacağına inanıram. Başda prezidentimiz Salih Kurt olmaqla, görüşdə əməyi olan bütün iştirakçılara təşəkkür edirəm”.

Konfransın sonunda prezident Salih Kurt dedi: “Mən konfransa əməyi olan bütün Komissiya üzvlərinə və dəvət olunmuş iştirakçılara təşəkkür edirəm”.

Beləliklə, konfrans iştirakçıları Qarabağda və Qəzzada baş verən müharibə cinayətlərinin araşdırılması və günahkarların cəzalandırılması, eləcə də gələcəkdə fərqli coğrafiyalarda baş verə biləcək müharibə cinayətlərinin qarşısının bəri başdan alınmasında Türkiyə Müharibə Cinayətləri Məhkəməsinin fəaliyyəinə böyük önəm verdilər.

Qərara alındı ki, bu cür müzakirələr davamlı olsun.

Sonda jurnalist Asif Mərzili təklif etdi ki, bu vacib konfransın növbəti iclaslarının birinin Bakıda keçirilməsi olduqca əhəmiyyətli olardı. Çünki Ermənistanın siyasi və hərbi rəhbərliyi Azərbaycanın Qarabağ bölgəsində çoxsaylı insan tələfatına səbəb olan hərbi cinayətlərə yol vermiş, Xocalıda, Meşəlidə, Kəlbəcərdə, Xocavənddə soyqırımlar törətmişlər. Onların cəzalandırılması ədalətin gec də olsa bərqərarı demək olardı.

Təqdim etdi: JASMİN  

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN