“Bu qış biz enerji cəbhəsində düşmənlə qarşılaşmaq üçün dözüm və cəsarət göstərməliyik.”
“Ukrenerji” Ukraynada enerji verilişinin məhdudlaşdırılmasının səbəbini açıqlayıb.
"Sabah, noyabrın 19-da Ukraynanın bütün regionlarında planlaşdırılmış fasilələr saat 00:00-dan 02:00-a qədər və 08:00-dan 24:00-dək tətbiq olunacaq. Əlavə fövqəladə fasilələr proqnozlaşdırılmır", - deyə "Ukrenerji" açıqlamasında bildirir.
Qeyd olunur ki, istehlakın məhdudlaşdırılması işğalçıların Ukraynanın enerji sisteminə raket hücumlarının nəticələridir.
"Bu həftə bu, artıq altıncı idi. Çoxlu zədələr var, onlar mürəkkəbdir. Təmir qrupları ukraynalılara işığı qaytarmaq üçün istirahətsiz gecə-gündüz işləyirlər. Bu qış biz enerji cəbhəsində düşmənlə qarşılaşmaq üçün dözüm və cəsarət göstərməliyik”, - deyə “Ukrenerqo”da qeyd olunub.
Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bir müddət əvvəl Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib.
Və onların Rusiya Federasiyasının dörd yeni regionu olduğunu bildirib.
Müharibənin çox qısa zamanda bitəcəyinə güman edilsə də, təəssüf ki, hələ də davam edir…
Y.MƏMMƏDLİ