Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) əhalinin sağlamlığında süni intellektdən (AI) istifadə edərkən diqqətli olmağa çağırıb.

ÜST tibbdə ChatGPT, Bard, Bert və insan ünsiyyətini təqlid edən oxşar platformalarla işləyərkən riskləri öyrənməyə çağırıb. Təşkilat xüsusilə süni intellektə malik chatbotlar tərəfindən yaradıla bilən yalan məlumatlardan narahatdır.

ÜST qeyd edir ki, bu cür platformalar adətən hər hansı yeni texnologiyada müşahidə olunan ehtiyatlılığı saxlamır.

“Sınaq edilməmiş sistemlərin tələsik tətbiqi tibbi səhvlərə gətirib çıxara, xəstələrə zərər verə, süni intellektə inamı sarsıda və bununla da bütün dünyada bu cür texnologiyaların potensial uzunmüddətli faydalarını və istifadəsini sarsıda (və ya gecikdirə) bilər”, - təşkilatın bəyanatında deyilir.

ÜST ekspertlərinin narahatlığına səbəb olanlar:

Sİ təlimi üçün istifadə edilən məlumatlar qeyri-obyektiv,yaxud  qeyri-dəqiq ola bilər və sağlamlıq riski yarada bilər;

Süni intellekt istifadəçi üçün səlahiyyətli və inandırıcı görünə bilən, lakin tamamilə səhv olacaq və ya xüsusilə sağlamlıqla bağlı ciddi səhvlər ehtiva edən cavablar yaradır;

Süni intellekt istifadəsi üçün razılıq alınmamış məlumatlardan öyrənə bilər. O, həmçinin istifadəçinin cavab almaq üçün təqdim etdiyi həssas məlumatları (məsələn, sağlamlıq vəziyyəti) qoruya bilməz;

Süni intellekt, ictimaiyyətin qanuni tibbi məzmundan fərqləndirməkdə çətinlik çəkəcəyi mətn, audio və ya video qeydlər şəklində "inandırıcı dezinformasiya" vermək üçün istifadə edilə bilər.

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN