“Azərbaycan Dəmir Yolları” QSC ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında imzalanan müqaviləyə əsasən, dörd yeni sərnişin qatarı bu ilin sonunadək ölkəyə çatdırılacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-dən TEZADLAR.AZ-a verilən məlumata görə, “Stadler Rail Group” şirkətinin İdarə Heyətinin sədri Peter Şpulerin başçılıq etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə gətiriləcək qatarların test edilməsi və istismara qəbulu, o cümlədən Bakıda fəaliyyətə başlayacaq və bütün növ “Stadler” markalı hərəkət tərkibinə xidmət göstərəcək Regional Servis Mərkəzinin layihələndirilməsi və inşası məsələləri müzakirə olunub.
Həmçinin “Stadler” markalı hərəkət tərkibinə xidmət göstərəcək yerli mütəxəssislərin və maşinistlərin hazırlanması barədə də danışıqlar aparılıb.

Qeyd edək ki, “Stadler Rail Group”dan sifariş edilən daha altı sərnişin qatarının gələn il ərzində ölkəyə çatdırılması planlaşdırılır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN