Bu ilin yanvar-oktyabr ayları ərzində ölkəyə 98,29 milyon ABŞ dolları dəyərində 2425 nəqliyyat vasitəsi idxal edilib.

 TEZADLAR.AZ xəbər veriri ki, Azərbaycan iqtisadiyyatı teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci ilin eyni göstəricilərindən dəyər olaraq 7,7 dəfə və ya 85,5 milyon dollar, say baxımından isə 6,6 dəfə və ya 2057 ədəd çoxdur.

Cari ilin sentyabr ayına nisbətdə isə oktyabrda elektromobillərin idxal dəyəri 5,7 faiz və ya 671,8 min dollar artaraq 12,4 milyon dollar, sayı isə 2,5 faiz azalaraq 307 ədəd təşkil edib.

Ümumilikdə cari ilin ilk 10 ayında ölkəyə 1,37 milyard dollar dəyərində 81,2 min nəqliyyat vasitəsi idxal edilib. Ötən ilin yanvar-oktyabr aylarına nisbətdə bu göstərici müvafiq olaraq 65,7 faiz və 33,6 faiz artıb. Hesabat dövründə avtomobil idxalının strukturunda elektromobillərin payı 3 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 2,4 faiz bəndi çoxdur.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN