Türkiyənin ilk milli və bənzərsiz silahlı PUA-sı “Bayraktar TB2” 750 min uçuş saatını müvəffəqiyyətlə tamamlayaraq Türkiyə aviasiya tarixində yeni rekorda imza atdı.

TEZADLAR.AZ xəbər veriri ki,  “Baykar” tərəfindən verilən məlumata görə, Türkiyə aviasiya tarixində yeni bir çığır açan “Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatı (SİHA) 750 min uçuş saatını müvəffəqiyyətlə tamamladı. Beləliklə, “Bayraktar TB2” SİHA-sı milyon saata yaxınlaşaraq səmada ən uzun müddət xidmət edən ilk Türkiyə milli təyyarəsi oldu.

  Qeyd edək ki, Türkiyə milli PUA sistemlərini istehsal edən “Baykar” tərəfindən hazırlanan, texniki xüsusiyyətləri və iştirak etdiyi əməliyyatlar nəzərə alınmaqla öz sinfində dünyanın ən yaxşısı sayılan “Bayraktar TB2” Türkiyə Silahlı Qüvvələrinin (TSK) inventarına 2014-cü ildə daxil olub.

  2015-ci ildən silahlanan “Bayraktar TB2” PUA-sı 2014-cü ildən bəri ölkə daxili və kənarında terrorla mübarizədə səmərəli fəaliyyət göstərir.

  “Bayraktar TB2” SİHA 16 iyul 2019-cu il tarixində Küveytdə demo uçuşu zamanı yüksək temperatur və qum fırtınası kimi çətin coğrafi və iqlim şəraitində 27 saat 3 dəqiqə fasiləsiz uçaraq rekord qırmışdı.

  Türkiyə aviasiya tarixində 27 min 30 fut yüksəklik və havada ən uzun uçuş müddət qalması ilə Türkiyə yüksəklik rekordunu qıran milli PUA bu dəfə 750 min saat uçuşla Türkiyə aviasiya tarixinə düşdü.

trt

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN