Qazaxıstan "ANKA" PUA-larının istehsalına başlanılacaq ilk xarici ölkə olub.
Ankarada Türkiyənin ‘‘TUSAŞ’’ və Qazaxıstanın ‘‘Engineering’’ şirkətləri arasında hərbi-texniki əməkdaşlığa dair memorandum imzalanıb.
Müqaviləyə əsasən, Qazaxıstanda “Kazakhstan Engineering” törəmə şirkətinin bazasında ANKA-nın zərbə vuran pilotsuz uçuş aparatlarının yığılması və texniki xidməti təşkil olunacaq. Beləliklə, pilotsuz uçuş aparatları Qazaxıstanda Türkiyə ilə birgə istehsal ediləcək.
Qeyd edək ki, "ANKA" PUA-nın Qazaxıstanda müştərək istehsalına dair müqavilə Qazaxıstan nümayəndə heyətinin Ankaraya səfəri zamanı “ Qazaxıstan Mühəndislik ASC”-nin (Engineering) İdarə Heyətinin sədri Temirjan Abdrahmanov və “Türk Aerospace” (TUSAŞ) prezidenti, professor Temel Kotil tərəfindən imzalanıb.
Müqavilə çərçivəsində PUA-ların birgə istehsalı, eləcə də Qazaxıstan Respublikasının Silahlı Qüvvələri üçün PUA-ların texniki xidməti və təmiri üzrə texnologiyaların transferi və kadrların hazırlanması sahəsində uzunmüddətli əməkdaşlıq nəzərdə tutulub.
Qazaxıstan “ANKA” PUA-larının istehsalına başlanılacaq ilk xarici ölkə olub.
Xatırladaq ki, “Anka” PUA-sı 2013-cü ildə Türkiyədə istehsal edilib. Döyüş şəraitində sınaqdan keçirilən PUA-ın maksimal uçuş çəkisi 1700 kq-dır və 350 kq-a qədər faydalı yük daşımaq qabiliyyətinə malikdir. Uçuş müddəti maksimum 9000 metr yüksəklikdə 30 saata qədərdir. Qanadlarının genişliyi 17,5 metr, uzunluğu təxminən 8 metrdir.
Y.MƏMMƏDLİ