Qardaş Türkiyə dünyada turizmçilik ənənəsi ilə məşhurdur və öndə gedənlərdəndir.
Bu ölkədə istirahət etməyi sevənlər sırasında Rusiya vətəndaşları böyük çoxluq təşkil edir.
Elə buna görədir ki, Türkiyə avqust ayında ruslar arasında ən populyar ölkə kimi tanınıb. Bu barədə ATOR məlumat yayıb.
Assosiasiyanın məlumatına görə, avqustun son həftəsində turistlərin 57%-i Türkiyədə istirahət edəcək. Ayın ortalarında isə bu göstərici 5% aşağı olub.
Bildirilib ki, rusiyalı səyahətçilərin 12%-i tətil üçün Rusiyanı, təqribən 4%-i Birləşmiş Ərəb Əmirliklərini, 7,3%-i isə Misiri seçib.
Məlumatdan da göründüyü kimi, rusiyalı turistlərin əksəriyyətinin seçimi Türkiyədir.
Qeyd edək ki, 2021-ci ildə Türkiyəyə üz tutan turistlərin təqribən 40%-i Rusiyadan gələnlər olub. Belə ki, Türkiyəyə 5 milyona yaxın rusiyalı turist səfər edib. Bu da əvvəlki ildən iki dəfə çox olub.
JASMİN