Bəli, bütün sərt qaydalara, qanunlara və yüksək cərimələrə baxmayaraq ölkə yollarında baş verən avtoqəzalarda ölənlərimizin sayı azalmaq bilmir...

Belə ki, bu ilin 11 ayı ərzində 505 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 344 nəfər ölüb, 335 nəfər isə yaralanıb. Tezadlar.az Baş Dövlət Yol Polisi İdarəsinin rəsmi məlumatına istinadla bildirir ki, qarşıdan gələn bayram günlərində şəxsi avtomobillə səfərə çıxanların sayının əhəmiyyətli dərəcədə artacağı da gözlənilir vəsürücülər daha diqqətli olmalıdırlar. Baş DYPİ- nin məlumatında o da deyilir ki, qeyri-qanuni sərnişin daşıyan şəxslərin bayram öncəsi sərnişin axınının artmasını fürsət bilərək, məhz sürət rejiminin pozulması hesabına gün ərzində bir neçə dəfə səfərlər təşkil edəcəkləri ehtimal olunur. Beləliklə, hərəkət intensivliyinin artması fonunda yolda müəyyən edilmiş sürət həddinin aşılması, yaxud sürət həddinin yol və hava şəraitinə uyğun seçilməməsi kimi kobud qayda pozuntuları isə sözsüz ki, sonda ağırlıq dərəcəsi yüksək olan yol qəzaların baş verməsinə real zəmin yarada bilər. Baş Dövlət Yol Polisi İdarəsi bir daha yüksək sürətin ağır faciələrə səbəb olduğunu xatırladır və qarşıdan gələn bayram günlərinin xoş əhval-ruhiyyədə qeyd olunması üçün hər bir hərəkət iştirakçısını yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl etməyə çağırır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN