Son 6 il ərzində Naftalanda sağlamlıq turizmi potensialının inkişaf etdirilməsi üçün investisiya qoyuluşunda güzəştlərin tətbiqi ilə həm yeni infrastrukturun yaradılması, həm də mövcud infrastrukturun bərpası və yenidənqurulması istiqamətində irimiqyaslı işlər aparılıb.

Tezadlar.az xəbər verir ki, bunu dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev "Naftalan - Sağlamlıq və turizmin sinerji mənbəyi. Regionda yeni rellıqlar" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

O bildirib ki, pandemiya dövrü istisna olmaqla, son illərdə Naftalanda müalicəvi xidmətlərdən və sağlamlıq turizmindən istifadə edənlərin dinamikasına baxsaq, həm yerli, həm də xarici turistlərin sayının artmasını müşahidə edə bilərik: "Naftalan şəhərində olan sanatoriya və hotel kateqoriyasına aid edilən 15-dək yerləşmə məkanı var ki, onların da ümumi nömrə fondu 1800-ə yaxındır".

Fuad Nağıyev onu da qeyd edib ki, işğaldan azad olunan torpaqlarımızda ilk turizm məqsədli mərkəz Suqovuşanda formalaşdırılır.

"Bu turizm mərkəzinin yaradılması Naftalanda turizmin inkişafı üçün də əhəmiyyət kəsb edir. Belə ki, ötən il təməli cənab Prezident tərəfindən qoyulan, hazırda icra mərhələsində olan Suqovuşan turizm kompleksinə məsafə baxımından yaxınlıq Gəncə ilə yanaşı, həm də Naftalandan oraya turist səfərlərinin təşkil olunacağını deməyə əsas verir.

Əlbəttə, Naftalandan Suqovuşana turist səfərlərinin təşkili əlavə biznes sahələrinin yaradılmasına öz müsbət təsirini göstərəcəkdir. Naftalan – Talış – Suqovuşan istiqamətində mövcud yol infrastrukturunun istismara verilməsi regionun turizminin inkişafında mühüm amil hesab edilir. Sözügedən yol infrastrukturunun Naftalana gələn turistlərin Suqovuşana səfərinin asanalşaması və qısamüddətli turist səfərlərinin təşkilini mümkün edəcəkdir".

trend

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN