İstanbul hava limanları ilin ilk 9 ayında sərnişin sayını 27,5 milyon nəfər artırıb.

Cari ilin yanvar-sentyabr dövründə İstanbulda cəmi 70 milyon 124 min 741 nəfərin səyahət etdiyi hava limanlarında sərnişin artımı 27 milyon 487 min 713 olaraq hesablanıb.

TRT-nin məlumatına görə, ötən illə müqayisədə bu dövrdə İstanbul və Sabiha Gökçen hava limanlarında qəbul edilən sərnişinlərin sayında ciddi artım qeydə alınıb.

Dövlət Hava Meydanları İdarəsinin (DHMİ) internet saytında yer alan məlumata görə, bu ilin yanvar-sentyabr dövründə İstanbul Hava Limanından 47 milyon 571 min 888 sərnişin istifadə edib.

Ötən ilin mavafiq dövrü ilə müqayisədə sərnişinlərin sayı daxili reyslərdə 62 faiz, beynəlxalq reyslərdə isə 102 faiz artıb.

Cari ilin yanvar-sentyabr dövründə Sabiha Gökçen Hava Limanından 22 milyon 552 min 853 nəfər istifadə edib.

Sərnişinlərin sayı daxili reyslərdə 5 faiz azalıb, beynəlxalq xətlərdə isə 98 faiz artıb.

Bu ilin ilk 9 ayında İstanbul hava limanlarında sərnişinlərin və uçuşların sayı artmaqda davam edir.

Bu il İstanbul Hava Limanında uçuşların sayı keçən ilə maqayisədə təxminən 63 faiz artaraq 313 min 778-ə çatıb.

Sabiha Gökçen Hava Limanında ilk 9 ayda 148 min 724 uçuş təşkil edilib.

Həmin dövrdə Atatürk Hava Limanında 20 min 825 uçuş həyata keçirilib.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN