HeadHunter-in araşdırmasına görə, hər 10 rusiyalıdan yeddisi 2022-ci il hadisələrinin onların işinə və ya iş axtarışına mənfi təsir göstərdiyini etiraf edib.
Keçən ilin hadisələri kişilərin karyerasına ən güclü təsir göstərib - bunu respondentlərin 70 faizi qeyd edib. Qadınlarda isə bu göstərici 65 faiz təşkil edib. Saanksiyaların təsiri daha çox hiss edən yaş qrupu 25-34 yaşlılardır, ən az təsir edənlər isə 55 yaşdan yuxarı ruslar olub.
Əksəriyyət (62 faiz) sanksiya təzyiqinin onların işinə mənfi təsirini qeyd edib, yalnız 4% sanksiyaların faydalı olduğunu bildirib. Mənfi təsir daha çox incəsənət və kütləvi informasiya vasitələri, marketinq və reklam, İT və telekommunikasiya ilə əlaqəli olanların işində özünü göstərib. Bu barədə bu sahələrin nümayəndələrinin təxminən 80 faizi məlumat verib.
Bununla yanaşı, rusiyalıların təxminən yarısı (41 faiz) 2022-ci ildə şirkətlərdə ixtisara düşdüklərini bildiriblər.
***
Qeyd edək ki, HeadHunter Rusiya, Belarusiya və Qazaxıstanda biznesini inkişaf etdirən ən böyük rus onlayn işə götürmə şirkətidir. 515 min şirkət onun müştərisidir.
***
Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bir müddət əvvəl Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib
Rusiyanın Ukraynaya hücumundan sonra Qərb, Aİ Rusiyanı geri çəkilməyə məcbur etmək üçün 9 ağır sanksiyalar paketini işə salıb.
Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis doqquzuncu anti-Rusiya sanksiyalar paketinin 168 müxtəlif təşkilata, hərbi sənaye kompleksinə və energetikaya təsir edəcəyini bildirib.
Y.MƏMMƏDLİ