Qazaxıstan prezidentinin mətbuat xidməti Kasım-Jomart Tokayevin 2022-ci il üzrə fəaliyyətinin nəticələrini dərc edib.

 Belə ki,  Akorda-nın məlumatına görə, ötən il Qazaxıstanın dövlət başçısı  68 qanun, 137 sərəncam, 422 fərman, 4508 xidməti sənəd, fiziki və hüquqi şəxslərin müraciətləri üzrə 594 qərar imzalayıb;

 - 60 teleqram göndərib, 30 dövlətin fövqəladə və səlahiyyətli səfirlərinin etimadnamələrini alıb, 59 telefon danışığı aparıb, 7  müraciət çıxışı edib, 1 dəfə konstitusiya qanunlarını imzalayıb;

 - 59 iclas və müşavirədə, 31 beynəlxalq tədbirdə iştirak edib, 298 dəfə qəbul və görüş keçirib;

 - ölkə daxilində və xaricə bir sıra səfərlər edib: təyyarə ilə 147 390 km uçub, təyyarədə 238 saat 55 dəqiqə zaman sərf edib;

  - 16 dəfə Qazaxıstanın regionlarına işgüzar səfərlər edib, 14 ölkəyə 25 xarici səfər edib, 19 dövlətin başçısı ilə görüşüb və danışıqlar aparıb.

 Onu da qeyd edək ki,  ötən ay Kasım-Jomart Tokayev Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində səslərin 81,31%-ni toplayaraq yenidən ölkənin Prezidenti seçilib.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN