“Ehtiyatsız söz və ya düşünülməmiş addım bütün Qazaxıstanın gələcəyinə mənfi təsir göstərə bilər”.

Bu fikri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Senatın iclasında deyib.

“Bizim “fərqli fikirlər, amma bir millət” prinsipimiz sarsılmazdır. Eyni zamanda, hakimiyyətin ünvanına tənqidlərdə də ayrı-seçkilik olmamalıdır - konstruktiv olmalıdır. Ölkəmizdə siyasi radikalizmin, ekstremizmin hər hansı təzahürlərinə yer olmayacaq. Demokratiya - hər şeydən əvvəl sözünə və əməlinə görə məsuliyyətdir. Hamımız eyni ümumi evdə yaşayırıq. Ona görə də hər bir vətəndaş, istənilən ictimai xadim, bütün siyasi qüvvələr ölkənin gələcəyi üçün bilavasitə məsuliyyət daşıdığını dərk etməlidir”, - deyə prezident vurğulayıb.

Tokayev ölkənin müstəqilliyinin qorunub saxlanmasının və möhkəmləndirilməsinin vacibliyini xüsusi olaraq  xatırladıb.

“Bütün soydaşlarımıza müraciət edirəm: dünyada görünməmiş çətin geosiyasi vəziyyət şəraitində müqəddəs torpağımızda sülh və firavanlıq yalnız özümüzdən, birliyimizdən və həmrəyliyimizdən asılıdır. Müstəqilliyin qorunub saxlanmasının və möhkəmləndirilməsinin müstəsna əhəmiyyətini bir daha xatırladıram. Bu, xalqımızın sahib olduğu ən dəyərli şeydir. Biz konstruktiv islahatlar kursunu qətiyyətlə davam etdirməli, dövlətçiliyin möhkəmləndirilməsi, cəmiyyətin konsolidasiyası üçün mümkün olan hər şeyi etməliyik”, - deyə dövlət başçısı vurğulayıb.

Qazaxıstan Prezidentinin fikrincə, onun açarı yüksək siyasi məsuliyyət mədəniyyəti və vətəndaşların əsl vətənpərvərliyidir.

“Bir neçə həftədən sonra seçki kampaniyası başlayacaq. Namizədlər səs toplamaq üçün müxtəlif üsullardan istifadə edərək təşviqat kampaniyasına başlayacaqlar. Bu, normal demokratik prosedurdur. Qazaxıstanda fikir müxtəlifliyi qeyri-məhduddur. Qanunla qadağan olunmayan hər şeyə icazə verilir. Bununla belə, hamımızın yadda saxlamalı olduğu bir məsələ var. Seçki kampaniyası ölkəni parçalamamalı, əksinə birləşdirməlidir”, – Kasım-Jomart Tokayev bildirib.

Bununla bağlı o, namizədləri cəmiyyətdə çaşqınlıq yarada biləcək hərəkətlərdən çəkinməyə çağırıb.

“Ehtiyatsız söz və ya düşünülməmiş addım bütün ölkənin gələcəyinə mənfi təsir göstərə bilər. Bunu hər bir soydaşımız dərk etməlidir”, - deyə prezident vurğulayıb.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN