Ölkəsində KTMT-nin təlim keçirməsini məqsədəuyğun hesab etməyən Paşinyan, hərbçilərini Avropada keçirilən NATO təlimlərinə göndərir...

Rusiya KTMT üzvü olan Ermənistandan Ermənistan hərbçilərinin ABŞ-ın Avropadakı hərbi təlimlərində iştirakı ilə bağlı rəsmi açıqlama tələb edib.

Rusiya KİV-nin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

 "ABŞ və onun müttəfiqləri region ölkələrinin ölkəmizlə əməkdaşlığını gözdən salmağa, onları müxtəlif qarşılıqlı fəaliyyət formatlarına cəlb etməyə çalışırlar. Onlar açıq-aşkar anti-Rusiya xarakteri daşıyır, deməsək də, bəzən rusofobikdir", - deyə bildirib.

"NATO-nun bu cür fəaliyyəti müxtəlif regionlarda vəziyyətin gərginləşməsinə, münaqişə potensialının artmasına, yeni ayırıcı xətlərin yaranmasına gətirib çıxarır. Biz erməni həmkarlarımızdan Ermənistanın NATO təlimlərində iştirakı ilə bağlı rəsmi izahat istəmişik. Alacağımız cavaba görə reaksiyamız müəyyən olacaq. Sözsüz ki, Ermənistanın KTMT təlimlərini öz ərazisində keçirməkdən imtina etməsi təəssüf doğurur və regional təhlükəsizliyin yüksəldilməsinə yardım etmir"- deyə, sözçü əlavə edib.

 Xatırladaq ki, yanvar ayında Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərinə ev sahibliyi etməyəcəyini açıqlamışdı.

Belə ki,  Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Müdafiə Nazirliyinin KTMT-nin “Sarsılmaz qardaşlıq-2023” sülhməramlı kontingentinin təlimlərinin ölkədə keçirilməsinin məqsədəuyğun olmadığı barədə KTMT-ni məlumatlandırdığını bildirmişdi.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN