Fiziki şəxslər arasında kartdan karta pul köçürmə əməliyyatlarının (p2p) vergiyə cəlb edilməsi nəzərdə tutulmur.
Bu barədə Özbəkistan Respublikasının Vergi Komitəsinin (VK) mətbuat xidməti p2p köçürmələri üçün vergitutmanın tətbiqi ilə bağlı mesajların yayılması fonunda məlumat verib.
Aprelin 13-də Özbəkistanın iqtisadiyyat və maliyyə nazirinin müavini Dilşod Sultanov və Vergilər Komitəsinin sədr müavini Jaxongir Abdiyev bank sektorunun və ödəniş təşkilatlarının nümayəndələri ilə görüş keçirmişlər. Burada bankların və vergi orqanlarının informasiya texnologiyaları departamentlərinin əməkdaşları da iştirak ediblər.
Bundan əvvəl iri vergi ödəyiciləri üzrə Regionlararası Dövlət Vergi Müfəttişliyinin rəisi Feruz Əhmədovun “p2p əməliyyatları və onların vergiyə cəlb edilməsinin müzakirəsi” planlaşdırılan iclasla bağlı məktubu şəbəkədə yayımlanıb.
Və həmin məktubda qeyd edilənlər çaşqınlıq yaradıb.
Məlum olub ki, söhbət konkret olaraq p2p əməliyyatlarından deyil, ümumilikdə bank sektorunda vergitutmadan gedir.
JASMİN