Rusiya 2025-ci ilə qədər neft hasilatını sabit səviyyədə saxlaya biləcək.

Bu barədə  Rusiya Federasiyasının Energetika Nazirliyi rəhbərinin birinci müavini Pavel Sorokin bildirib.

 "Mövcud proqnozlara görə, 2025-ci ilə qədər üfüqdə neft hasilatı sabit səviyyədə olacaq", - deyə o bildirib.

 Onun sözlərinə görə, hazırda neft hasilatı ilə bağlı vəziyyət çoxlarının proqnozlaşdırdığından yaxşıdır. 2022-ci ildə Rusiyada neft və qaz kondensatı hasilatı, proqnozlara görə, 515 milyon ton təşkil etməli idi, lakin ilin sonunda bu plan 4% aşıldı - hasilat təxminən 535 milyon ton təşkil etdi. Bu, daha çox neft emalı zavodlarına tədarükün və neft ixracının artması ilə bağlı olub.

 Sorokin əlavə edib ki, sabit hasilat səviyyəsi ilə quyuların konservasiyasına ehtiyac qalmayacaq. Amma istənilən halda Rusiyanın bu cür problemlərin həllində artıq müsbət təcrübəsi var.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN