Ramazan Bayramı münasibəti ilə Azərbaycan, İran İslam Respublikası, Qətər və Səudiyyə Ərəbistanı Gürcüstandakı səfirliklər vasitəsi ilə ehtiyaclı ailələrə bayram sovqatı təqdim edib.
TEZADLAR.AZ Gürcüstan Müsəlmanları İdarəsinə istinadən xəbər verir ki, artıq üç ildir davam edən bu layihə çərçivəsində müxtəlif ərzaq və qida məhsulları olan yardım paketləri ölkəmizin (Gürcüstanın - red) müsəlmanlar yaşayan müxtəlif bölgələrində paylanılmışdır.
Xatırladaq ki, ötən illlərdə də Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri Gürcüstanda aztəminatlı ailələrə bayram sovqatı təqdim etmişdi.