Ötən gecə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla canlı yayım liderin xəstəliyi səbəbindən yarımçıq kəsilib.
Qeyd edək ki, Kanal7 və Ülke ilə müsahibə seçki kampaniyası çərçivəsində təşkil olunub.
Belə ki, canlı yayımda Türkiyə prezidentinin televiziyaya müsahibəsi zamanı veriliş demək olar ki, dərhal kəsilib, sonra isə sürətlə tamamlanıb. Müsahibə cəmi bir neçə dəqiqə davam edib, bundan sonra yayım dayandırılıb. 20 dəqiqə ərzində tamaşaçılara reklam yayımlanıb. Bundan sonra efir qısa müddətə bərpa olunub və prezidentin virusa yoluxduğu məlum olub.
"Dünən və bu gün seçkiqabağı iş çox idi. Ona görə də mədə qripinə tutuldum. Hətta verilişi ləğv etməyi də düşündüm. Amma söz verdik və gəldik. Sizdən və izləyicilərimizdən üzr istəyirəm", - deyə Ərdoğan izahat verib.
Artıq Türkiyə Prezidentinin sağlamlığı ilə bağlı heç bir problem yoxdur.
Belə ki, prezidentin sözçüsü İbrahim Kalın sosial şəbəkədə Ərdoğanın "sağlamlığının yaxşı olduğunu" yazıb.
Ona görə də narahatlığa heç bir səbəb yoxdur.
JASMİN