Məlum olduğu kimi, qardaş Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.
Artıq mayın 28-də keçiriləcək prezident seçkilərinin xarici ölkə nümayəndəliklərində səsvermə prosesi başa çatıb və həmin səslər təyyarələrlə Ankaraya gətirilib.
Qeyd edəkki, səsləri daşıyan Türk Hava Yollarına məxsus "Çatalhöyük", "Lale "(Tulip) və "TC-LOH" adlı təyyarələr saat 19.15, 01.50 və 02.40-da Esenboğa hava limanına eniş edib.
Birinci turla müqayisədə bu dəfə daha yüksək fəallığın müşahidə olunduğu bildirilib.
Belə ki, xaricdə və sərhəd-keçid məntəqələrində səs vermədə itiraj edənlərin sayının 1,9 milyonu ötüb.
Bu isə Türkiyədəki demokratiyanın, xalqın seçkilərə, Türkiyənin gələcəyinə etinasız olmamasnın bariz nümunəsidir.
Xatırladaq ki, Türkiyədə prezident seçkilərinin birinci turu mayın 14-də keçirilib. Hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 49,24 faiz, rəqibi Kamal Kılıçdaroğlu isə 45,07 faiz səs toplayıb. Sinan Oğan 5,28 faiz səslə üçüncü pillədə qərarlaşıb.
Daha sonra “Cümhur İttifaqı”ndan prezidentliyə namizəd, hakim AK Parti (Ədalət və İnkişaf Partiyası), hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini bildirib.
İnanırıq ki, türk xalqı ən doğru seçimini edəcək.
JASMİN