“Türkiyə əsri” konsepsiyası vaxtilə hərbi çevrilişin nəticələrinə əsasən işlənib-hazırlanmış və qəbul edilmiş konstitusiya əsasında həyata keçirilə bilməz”.

TEZADLAR.AZ xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada 21 iyunda hakim Ədalət və İnkişaf Partiyasının 28-ci çağırış parlamentindəki fraksiyasının ilk iclasında çıxış edərkən bildirib.

  Onun sözlərinə görə, ölkə konstitusiyasının yeni redaksiyasının qəbul edilməsi Türkiyənin gələcək inkişafı üçün mühüm stimul olacaq.

  Dövlət başçısı ölkənin əsas qanununun yeni redaksiyasında müsəlman qadınlarının baş örtüyünü taxmaq hüququnu təsbit etməyi təklif edib və hakimiyyətin opponentlərini Türkiyənin yeni konstitusiyası üzərində aparılan işi dəstəkləməyə çağırıb.

  Türkiyə prezidenti çıxışında, həmçinin vurğulayıb ki, ölkə dünyanın 10 aparıcı iqtisadiyyatı siyahısına daxil olana qədər hökumət səylərini dayandırmayacaq. Bununla bağlı o deyib ki, Nazirlər Kabineti Türkiyənin 12-ci İnkişaf Planı və Ortamüddətli İnkişaf Proqramı üzərində aparılan işi davam etdirir.

  “Əminəm ki, ölkəmizin 85 milyonluq əhalisinin hamısı Türkiyənin iqtisadi rifahından bəhrələnəcək. İqtisadi sahədə aparılan işin koordinasiyası üçün biz vitse-prezident, Maliyyə Nazirliyi və Mərkəzi Bank arasında sıx əlaqə qurmuşuq”, - deyə dövlət başçısı bildirib.

  Prezident qeyd edib ki, ölkədə son 21 ildə real mənada 312 faiz artan minimum əməkhaqqı son onilliklərdə Türkiyənin inkişafının əyani göstəricisidir.

trt

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN