NATO-nun Vilnüs Sammiti ərəfəsində Ukrayna prezidenti Volodimir Zelenski Türkiyəyə səfər edərək prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

 Bu barədə Türkiyənin “Sabah” nəşri yazıb.

NATO-nun Vilnüs sammiti iyulun 11-12-də baş tutacaq.

 

 Nəşrin məlumatına görə, Zelenski və Ərdoğan İstanbulda görüşəcəklər.

 Səfərin iyulun 17-də “taxıl müqaviləsi”nin başa çatması ərəfəsində baş tutacağı gözlənilir.

 Qeyd edək ki, Rusiya tərəfi iyulun 17-dən sonra “taxıl sazişi”ndə iştirakını dayandıracağını bildirir ki, bu da müharibə şəraitində Ukraynanın Qara dəniz limanlarından kənd təsərrüfatı məhsullarının ixracını mümkünsüz edəcək.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da bildirmişdi ki, Kreml taxıl müqaviləsini uzatmaq üçün heç bir səbəb görmür.
Eyni zamanda, o, əlavə edib ki, sövdələşmə tərəflərinin müqavilənin Rusiyaya aid olan hissəsini yerinə yetirmək üçün vaxtı qalıb.

Onu da xatırladaq ki, iyulun 6-da prezident Zelenski Bolqarıstana səfərə gedib. Paytaxt Sofiyada Zelenskinin gözlənilən gəlişi ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib.

 Ukrayna prezidentinin Bolqarıstana sonuncu səfəri 7 il əvvəl, Pyotr Poroşenkonun dövlət başçısı olduğu vaxt olub.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN