Cənubi Koreyanın Muan hava limanında baş verən təyyarə qəzasında ölənlərin sayı 96-ya çatıb.
Tezadlar.az bildirir ki, bu barədə “Yonhap News” xəbər verir.
Layner tamamilə yandığından ölənlərin şəxsiyyətini müəyyənləşdirməyin çox çətin olacağı daha əvvəl bildirilmişdi.
Son məlumatlara görə, indiyə qədər qəzadan yalnız quyruq hissəsində olan kişi və qadın sağ qalıb.
Ekspert Yuri Bordunov təyyarənin endikdən sonra praktiki olaraq sürətini azaltmamasının iki əsas səbəbini göstərib.
Xatırladaq ki, dekabrın 29-da Banqkokdan Muana uçan təyyarə eniş zamanı uçuş-enmə zolağından çıxıb və hasar divarına çırpılıb. Kadrlardan görünür ki, təyyarə eniş şassosunu endirə bilməyib, bu səbəbdən də hərəkətini düzəltməyə və toqquşmadan yayınmağa vaxt tapmayıb.
Toqquşma zamanı təyyarənin göyərtəsində 181 nəfər olub: 175 sərnişin və 6 ekipaj üzvü. Bu günə qədər 96 ölüm məlumdur.
E.ŞİRİNOV