Cənubi Koreyanın Muan hava limanında qəzaya uğrayan təyyarənin yerində təcili yardım xidmətlərinin işi davam edir.
Tezadlar.az bildirir ki, “Yonhap” xəbər agentliyinin verdiyi məlumata görə, yanğınsöndürənlərin məlumatına görə, ölənlərin sayı 120 nəfərə çatıb.
"Təyyarə qəzası nəticəsində ölənlərin sayı 120-yə çatıb. Hadisə yerində işlər davam edir", - deyə yanğınsöndürənlər bildirib.
Yanğınsöndürmə rəsmiləri qəzadan bir neçə saat sonra keçirdiyi brifinqdə bildiriblər ki, təyyarədə olan demək olar ki, hər kəs ölüb. Bu günə qədər yalnız iki sağ qalan ekipaj üzvü məlumdur.
Xatırladaq ki, dekabrın 29-da Banqkokdan Muana uçan təyyarə eniş zamanı uçuş-enmə zolağından çıxıb və hasar divarına çırpılıb. Kadrlardan görünür ki, təyyarə eniş şassosunu endirə bilməyib, bu səbəbdən də hərəkətini düzəltməyə və toqquşmadan yayınmağa vaxt tapmayıb.
“Yonhap”-ın məlumatına görə, aeroport nümayəndəsinin brifinqdə təsdiqlədiyi kimi, qəza təyyarənin toqquşduğu quş sürüsü səbəbindən baş verib.
E.ŞİRİNOV