Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayevə çoxuşaqlı ananın müraciət etməsi ilə əlaqədar olaraq, gənc nəslin yaradıcılıq və intellektual qabiliyyətlərini inkişaf etdirmək üçün nəzərdə tutulmuş obyektin tikilməsi qərara alınıb.
Bu barədə Qazaxıstan prezidentinin mətbuat katibi Ruslan Jeldibay Facebook səhifəsində xəbər verib.
Bildirilir ki, ötən gün prezidentlə Ekibastuz sakinləri arasında keçirilən görüşdə çoxuşaqlı ana Ayana Smaqulova şəhər sakinləri adından uşaqlar üçün yaradıcılıq evinin tikilməsini xahiş edib.
"Dövlət başçısının tapşırığı ilə gənc nəslin yaradıcılıq və intellektual qabiliyyətlərinin inkişafı üçün nəzərdə tutulmuş bu sosial obyektin tikintisi ilə bağlı qərar qəbul edilib. Maliyyə mənbələri tapılıb. Yaradıcılıq evi sponsorlar hesabına tikiləcək. Layihənin icrasına nəzarət etmək vilayət administrasiyasına tapşırılıb”, - deyə Jeldibay bildirib.
JASMİN