Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov
“3+3” formatında birinci nazirlər görüşündə iştirak etmək məqsədilə İran İslam Respublikasına işgüzar səfərə yola düşüb.
Bu barədə XİN-dən TEZADLAR.AZ-a verilən məlumatda bildirilir.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun tədbirdə çıxışı, eləcə də ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.