Özbəkistan reklamlarda dövlət dili tələblərinin pozulmasına görə inzibati məsuliyyət yaratmaq planlaşdırır.
“Reklam haqqında” qanuna əsasən, o dövlət dilində yayımlanmalı, tərcüməsi öz mənasını saxlamalı, şrifti dövlət dilində olan reklam mətninin şriftindən kiçik olmalıdır.
TEZADLAR.AZ Özbəkistan KİV-nə istinadən xəbər vrir ki, Özbəkistanda reklamın yayımı zamanı dövlət dilinə dair tələblərin pozulmasına görə 1,6 milyondan 2,3 milyon sumadək cərimə tətbiq oluna billər.“Reklam haqqında” qanuna əsasən, Özbəkistan ərazisində reklam dövlət dilində yayımlanır.
Reklamın tərcüməsi aşağıdakı tələblərə uyğun olaraq digər dillərdə də təkrarlana bilər: reklamın başqa dillərə tərcüməsi onun dövlət dilindəki əsas mənasını təhrif etməməlidir;
xarici reklamın başqa dillərə tərcümələri reklam mətninin aşağı hissəsində üfüqi şəkildə yerləşdirilməli və ümumi reklam sahəsinin 40%-dən çox olmamalıdır;digər dillərdə olan tərcümə şrifti dövlət dilindəki reklam şriftindən kiçik olmalıdır;
televiziya və radio kanallarında, habelə çap mətbuatında yayımlanan reklamın digər dillərə tərcüməsi gündəlik reklamın ümumi həcminin 20 faizindən çox olmamalıdır.
Yuxarıdakı tələblər bu reklamlara şamil edilmir:
çap nəşrlərində və müstəsna olaraq xarici dillərdə nəşr olunan digər növ nəşriyyat məhsullarında;
xarici dillərdə yayımlanan televiziya, radio, video, kinoxronika proqramlarının və digər kütləvi informasiya vasitələrinin materiallarının yayımı zamanı;
yalnız xarici dillərdə material yerləşdirən internetdə məlumat saytlarında.
Layihə dəyişdirilə, əlavə edilə və ya rədd edilə bilər.
JASMİN