ABŞ-ın vitse-prezidenti Kamala Harris Filadelfiyada tərəfdarlarının mitinqində elan edib ki, o, rəsmi olaraq demokratların ən yüksək vəzifəyə namizədi olub.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə eadaily.com-a məlumat yayıb.

 “Mən bu gün qürurla elan etmək üçün sizin qarşınızda dururam ki, mən indi rəsmi olaraq Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizədəm”, - deyə Harris qərargahı tərəfindən yayımlanan mitinqdə bildirib.

 Keçən həftə nümayəndələr Harrisin namizədliyini irəli sürmək üçün bağlı qapılar arxasında səs verməyə başladılar və cümə gününə qədər o, lazımi sayda səs topladı.

 Harris Minnesota qubernatoru Tim Voltsu isə vitse-prezidentliyə namizəd olaraq seçib.

 Demokratların qurultayı avqustun 19-da başlayır.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN