Metaaxtarış mühərriki funksiyasını daşıyan, aviabiletlərin alınması, hotel və avtomobil icarəsini müqayisəli formada əlçatan edən “Skyscanner” platformasının
2024-cü il üzrə yayımladığı səyahət trendləri hesabatında hindistanlı turistlərin səyahət davranışı və tərcihləri haqqında məlumat və tendensiyalar əksini tapıb.
TEZADLAR.AZ xəbər verir ki, platformanın hesabatına əsasən, Bakı şəhəri hindistanlı turistlər arasında populyar istiqamətlərdən biridir və çox axtarılan istiqamətlər siyahısında üçüncü yerdə qərarlaşır. Belə ki, platformada Bakı şəhəri üzrə axtarış marağı 438% artıb. Birinci və ikinci sırada isə müvafiq olaraq Vyetnamın Da Nanq, Qazaxıstanın Almatı şəhəri yer alır.
Hesabatda bildirilir ki, Hindistandan Bakıya aviareyslərin qiymətlərində də 22% ucuzlaşma qeydə alınıb və bu, Bakını hindistanlı turistlər üçün əlçatan istiqamətlərdən birinə çevirir.