Fevralın 28-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının və 221 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda tədbir keçirilib.

Qurumdan Tezadlar.az-a verilən məlumata görə tədbiri giriş sözü ilə açan 221 saylı tam orta məktəbin direktoru  Günel Səmədova ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı misilsiz xidmətlərindən geniş bəhs edib. Bildirib ki, bu xidmətlərdən söhbət açarkən Ulu Öndərin azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi və təbliği istiqamətində atdığı addımları xüsusi  vurğulamalıyıq: “Ümummilli Lider azərbaycançılıq ideologiyasının əsas tərkib hissəsi olan dilimizin, ədəbiyyatımızın, milli-mənəvi dəyərlərimizin qorunmasına, inkişaf etdirilməsinə çağırışlar edirdi. Bu fikir daim önə çəkilirdi ki, hər bir xalqın beynəlxalq aləmdə  tanınmasında, varlığını təsdiqləməsində  dili, milli-mənəvi dəyərləri, ədəbiyyatı və  mədəniyyəti xüsusi yer tutur”.  

Çıxış edən  YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə  bu tədbirlərin əhəmiyyətindən, dahi şəxsiyyətin müasir müstəqil Azərbaycanın bu günü və gələcəyi üçün yaratdığı möhkəm təməlin yol açdığı uğurlardan geniş söhbət açıb. Bildirib ki,  bugünkü və gələcək nəsil  Ümummilli Liderin fəaliyyəti barədə dolğun məlumata malik olmalıdır: “Dahi şəxsiyyətin hər bir addımı dövlətə, xalqa xidmət nümunəsi, Vətən sevgisinin təqdimatıdır”.

V.Rəhimzadə qeyd edib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünün əsas çağırışlarından biri  azərbaycançılıq ideologiyası ətrafında sıx birliyin, həmrəyliyin yaradılmasıdır: “Bunu sübut etmək üçün Ümummilli Liderin hələ Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə  dilimizin, milli-mənəvi dəyərlərimizin, ədəbiyyatımızın, mədəniyyətimizin inkişafı istiqamətində atdığı  addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından  sonrakı mərhələdə də   bu ideyanın təbliğinə  yönələn addımları davamlılığı ilə diqqət çəkdi”.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, bu gün Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident  İlham Əliyev azərbaycançılıq  məfkurəsi ətrafında birliyin  bugünkü inkişafımızda rolunu nəzərə alaraq biri-birindən mühüm addımlar atır: “Belə ki, Prezident  İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli”, 2019-cu ili “Nəsimi İli”, 2021-ci ili isə “Nizami Gəncəvi İli” elan etməsi  özündə azərbaycançılıq məfkurəsinin bütün məqamlarını ehtiva edir”.

Xətai Rayon İcra Hakimiyyətinin  şöbə müdiri  Pənah İmanov tədbirdə çıxış edərək bugünkü uğurların Heydər Əliyev siyasətinin təntənəsi olduğunu bildirib. Bu məqama xüsusi diqqət yönəldib ki, dahi şəxsiyyət Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə  Azərbaycan xalqının tarixi keçmişində, mədəniyyət tariximizdə iz qoymuş  böyük şəxsiyyətlərin abidəyə çevrilməsinin xalqın  milli varlığına, milli duyğularının  güclənməsinə son dərəcə  müsbət təsir edəcəyini çox gözəl bilird: “Heydər Əliyevin tariximizə, mədəniyyətimizə dərin ehtiram nümayiş etdirərək  göstərdiyi səylər  sayəsində Bakının ən görkəmli yerlərində xalqımızın milli varlığının  daşıyıcısı olan görkəmli  insanların  əzəmətli heykəlləri ucaldılmış, böyük tarixi şəxsiyyətlərin hər biri üçün  bir mədəniyyət mərkəzinə çevrilən ev-muzeyləri yaradılmışdır. Bu kimi mühüm addımlar azərbaycançılıq ideologiyasının təbliğinə xidmət edən addımlar sırasındadır”.

Sonda  şagirdlər  ulu öndər Heydər Əliyevə həsr olunan şeirlər  söyləyiblər, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN