Azərbaycanda son illər dünyaya gətirilən qızların sayı azalmaqdadlr- rəqəmlər tıhlükədən xəbər verur...

Belə ki, Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli Qadın Məsləhətxanasının şöbə müdiri Bilqeyis Qaragöz bu barədə danışanda deyib ki, abortların qarşısının alınması üçün əsas profilaktik tədbirlərdən biri ailə planlamasının həyata keçirilməsidir. Sutat: "Hamiləlikdə optimal interval vaxtın müəyyənləşdirilməsi, ailədə uşaq sayının planlaşdırılması, erkən və gec doğuşların qarşısının alınması yolları ilə ailə planlanmasını düzgün formalaşdırmaq mümkündür. Çox təəssüf ki, bu gün ölkəmizdə buna əməl etməyən insanların sayı az deyil. Bütün hallarda qadınlar qadın məsləhətxanalarına tez-tez müraciət etməlidir, abort, ailə, hamiləlik planlaması kimi mövzularda sahə ginekoloqları ilə müntəzəm işləməli, tövsiyələr almalıdırlar. Bu çox önəmli məqamdır. Bunu nəzərə almayan ailələrdə xoşagəlməz hadisələrin olması sözsüz ki, qaçılmazdır. Bu prosesi müasir kontrasepsiya üsulları ilə həyata keçirmək olar. Düzgün seçilmiş kontrasepsiya üsulları nəinki arzuolunmaz abortlardan, hətta qadınlarda olan digər xəstəliklərin də vaxtında aşkarlanmasına səbəb ola bilər”.

“Son illər ölkəmizdə hər 100 qız üçün 116 oğlan doğulur. Bu isə təbii cinsi tarazlığın pozulması deməkdir. Əlbəttə ki, abortun hər növü qadınlar üçün təhlükəli və çox ziyanlıdır, lakin selektiv abort qadınların həyat və sağlamlığı üçün xüsusilə ağır prosesdir, onlar üçün, həm psixoloji stress, həm də fiziki zorakılıq deməkdir. Bu isə qadınlarda abortdan sonrakı sindrom adlanan vəziyyətin yaranmasına səbəb ola bilər. Bir daha qeyd etmək istəyirik ki, abortu, o cümlədən selektiv abortu ancaq müəyyən istisna hallarda etmək olar”.

Bəli, valideynlər bu məsələdə konkret mövqe ortaya qoymalıdır. Bəli, oğlanlar sabahın əsgıridir, amma daga sonrakar yeni əsgərləri doğacaq analar-qızlar da olmalıdır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN