...Bakının bəzi prospektlərində sürət həddinin 60. Km/saat edilməsi sürücülərdə narazılıq yaratmaqdadır... 

Bunu "Təzadlar"ın elektron poçtuna daxil olan müraciətlər də təsdiqləyir... Sitat: "Mən taksi sürücüsüyəm. Daim Babək və 8 Noyabr prospektləri ilə sərnişindaşımalarda iştirak edirəm. Bəzən elə olur ki, birdəfəyə yarım saat-qırx dəqiqə tıxacda qalırıq. Tıxacdan xilas olan kimi də itirilən vaxtı bərpa etmək məqsədi ilə sürəti az da olsa artırıb mənzil başına çatmaq istəyirəm. Amma sürət həddunin 60 km/ saat olması buna imkan vermir..." və sair şikayətnamələr.

Xatırladırıq ki, paytaxtın yol-nəqliyyat strukturlarına məsul olanlar sürət həddini tez-tez baş verən yol-nəqliyyat hadisələri ilə əlaqələndirib sürəti 10 km/saat həddində azaldıblar. Yəni, 70-dən 60-a... Əlimizdə elə bir statistika yoxdur ki, dəqiq deyək, həqiqətənmi sürət həddjnin aşağı salınmasından sonra Bakıda və ya bölgələrdə ağır yol nəqliyyat hadisələrində hansı fərqlər var... Amma təcrübə göstərir ki, avtoqəzalar daha çox sürücü naşılığından baş verir. 

Dünya şöhrətli alim Xudu Məmmədov yazırdı: "Uşaqlarınıza Vətəni sevməyi təbliğ etməyin, siz onlara Vətəni yaxşı tanıdın, onlar Vətəni dəlicəsinə sevəcəklər!"

Qısası, cənablar, siz sürücülərə avtomobili yaxşı sürməyi öyrədin, onlar ən yüksək sürətdə belə qəza törətməyəcəklər...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN