Bu gün Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3”dən Füzuli şəhərinə köçürülən sakinlərin qarşılanma mərasimi olub.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mətbuat Xidmətindən "Təzadlar"a verilən məlumata görə, mərasimdə Komitənin və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları iştirak edib. Yurda qayıdan daha 30 ailəyə (127) açarlar təqdim edilib. Bununla da indiyədək Füzuli şəhərinə köçürülən ailələrin sayı 410-a (1 519 nəfərə) çatıb.
Yurda qayıdışımız əbədi olsun!