786 — Harun əl-Rəşid Abbasi xəlifələrindən qardaşı al-Hadinin ölümündən sonra İslam xilafətini ələ keçirmişdir.
1812 — Napoleon ordusu Moskvaya daxil olmuşdur.
1829 — Ədirnə sülhü imzalanmış, Rusiya-Osmanlı müharibəsi sona çatmışdır.
1853 — Türkiyə ilə Rusiya arasında Krım müharibəsi başlamışdır.
1867 — Marksın "Kapital" əsərinin ilk cildi işıq üzü görmüşdür.

1918 — Saat 20.30 – da Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Bakı şəhərinə hücumu başa çatdırmaq üçün 100 saylı əmri imzalamışdır.

***

1920 — Cənubi Azərbaycana İranın tərkibində geniş muxtariyyət verilməsi uğrunda mübarizə aparmış inqilabçı Şeyx Məhəmməd Xiyabani vəfat etmişdir.

Müstəqillik uğrunda mübarizə aparan xalq birinci növbədə ölümə hazır olmalıdır. Qorxu millətin, azadlığın və bəşəriyyətin əsaslarını pozursa, əksinə igidlik həmin əsasları sarsılmaz edir, qoruyur və möhkəmləndirir. Xalqın hüququnu qəsb etmiş adamlara rəhm etmək kütləyə xəyanətdir. Biz Azərbaycan xalqının sədaqətini, İranın səfalət və fəlakətdən xilas olmasını istəyirik. Hər bir millətin şərafətinin birinci şərti onun istiqlalıdır. Bir məsləkli iki adam qardaş kimidir.

***

1933 — Türkiyə-Yunanıstan dostluq sazişi imzalanmışdır.
1937 — Keçmiş SSRİ-də "xalq düşmənləri"nin həbs müddəti qeyri- müəyyən vaxta qədər uzadılmışdır.
1954 — SSRİ-nin Orenburq poliqonunda bütün qoşun növlərinin iştirak etdiyi həqiqi atom bombası ilə ilk hərbi təlim keçirilmişdir.
1957 — BMT sovet qoşunlarının Macarıstana girməsini pisləmişdir.
1960 — Vyanada OPEK fəaliyyətə başlamışdır.
1989 — Naxçıvan Dövlət Kukla Teatrı yaradılmışdır.
1994 — Azərbaycan Respublikası Qatar ilə diplomatik əlaqələr qurulmuşdur.
2006 — İstanbulda türkdilli dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin konfransı keçirilmişdirurmuşdur.

Şakir QURBANOV

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN