Şəhərimizdə,eləcə də Azərbaycanın iri şəhərlərində müxtəlif satış obyektləri mövcuddur. Bu satış obyektlərinin əksəriyyəti  fəaliyyətlərini müasir standartlara cavab verən tərzdə təşkil ediblər.

Söz yox k, bu cür obyektlərin müasir avadanlıqlarla təchiz edilməsi vacib məsələlərdən biridir. Bütün bu yenilklərə baxmayaraq, satıcı ilə müştəri arasındakı münasibət ən önəmli məsələdir. Biznesin uğurlu inkişafı həmin sahədə çalışan insanların mədəni və mənəvi cəhətdən yüksək səviyyədə olmasından asılıdır. Kollektiv nə qədər sağlam, möhkəm olarsa, göstərilən xidmət  də yüksək olar və sonda ümumi işin- biznesin də  inkişaf etməsinə kömək edər. Sağlam,möhkəm kollektivin yaradılması isə insan psixologiyasını mükəmməl başa düşən, hər bir şəxsə fərdi yanaşmağı bacaran, bir sözlə, bacarıqlı və peşəkar təşkilatçıdan asılıdır. Haqqında söhbət açacağım təşkilatçılar da məhz yuxarıda göstərdiyimiz keyfiyyətlərə malik insanlardandır. Məqsədim bu insanların çalışdığı ticarət mərkəzini reklam etmək deyil. Çünki “Araz” ticarət şəbəkəsinin reklama ehtiyacı yoxdur və bu müəssisəni respublikamızda yaxşı tanıyırlar. Bu ticarət şəbəkəsinin Azərbaycan bazarında  xüsusi yeri var.  

Hamımıza məlumdur ki, 44 günlük müharibədə ordumuzun erməni işğalçıları üzərində qələbəsində müxtəlif dövlət müəssisələri, o cümlədən ticarət mərkəzləri ordumuza maddi və mənəvi  dəstək olmuşlar. Belə müəssisələrdən biri də “Araz” ticarət şəbəkəsi olmuşdur.Bu barədə rəsmi və qeyri-rəsmi KİV-lərdə, sosial şəbəkələrdə müəyyən məlumatlar verilib.Ona görə də məni ən çox maraqlandıran məsələ məhz bu şirkətin cəbhəyə, əsgərlərimizə  hansı səviyyədə dəstək olması ilə yanaşı, dünyanı bürüyən koronavirus  bəlası, pandemiya,karantin məhdudiyyətləri şəraitində kollektivin işinin necə təşkil olunması idi.

Elə bu məqsədlə, yaxında yerləşən, heç bir əməkdaşını tanımadığım, heç də böyük olmayan “Araz” mini marketinqində administrator Asif Qəhrəmanovla tanış oldum və gəlişimin məqsədini söylədim və bir jurnalist kimi maraq doğuran məsələlər barədə məlumat verməyi Asif müəllimdən xahiş etdim. O məmnuyyətlə razı oldu.

- Asif müəllim, bizim üçün vaxt ayırdığınıza görə sizə “Təzadlar” qəzeti adından təşəkkürümü bildirmək istəyirəm. Mümkünsə, bir neçə kəlmə mağazanız, kollektiv barədə məlumat verəsiniz.

- Bizim ticarət mərkəzimiz  “Araz” ticarət şəbəkələrinin çoxsaylı filiallarlndan biridir və biz Yeni Günəşli qəsəbəsində yerləşirik. Marketimiz çox da böyük deyil və minimarket kateqoriyasına aiddir.  Çox gözəl, peşəkar, işinə vicdanla yanaşan insanlardan ibarət sağlam və möhkəm bir  kollektivimiz var. Elə ilk fürsətdən istifadə edib onların adlarını çəkmək istəyirəm. Mağazamızın müdiri Həsən Əmirlini ( Həsən müəllim əməliyyat olunduğundan, onunla görüşə bilmədik və onun tezliklə sağalmasını və kollektivə qayıtmasını arzulayırıq-Ş.Q), satıcılardan Gülşən Nəzərlini,Gülmirə Həsənovanı, Sevinc Məmmədovanı,Kəmalə Yaqubovanı, Elçin Aşumovu, mal qəbul edən Namiq Qurbanovu, aşpazımız Almaz Əsədovanı xüsusilə qeyd etmək istəyirəm.Mağazamızın uğur qazanması məhz bu insanların əməyindən, işə can yandırmaqlarından asılıdır. Onların hər biri son dərəcə peşəkar, yüksək əxlaqi və mənəvi keyfiyyətlərə malik insanlardır.

- Asif müəllim, hər bir ticarət obyektinin özünəməxsus, hətta bəzi hallarda kommersiya sirri kimi qorunan iş metodu var. Əgər mümkünsə, sizin iş metodunuzun əsas kriteriyalarının nədən ibarət olduğu barədə məlumat verə bilərsiniz, yoxsa, bu bir kommersiya sirridir?

- Burada heç bir kommersiya sirri yoxdur. Bizim məqsədimiz  xalqımıza ən yüksək səviyyədə xidmət etmək, milli iqtisadiyyatımızın inkişafına dəstək olmaqdır. Bizim üçün hər bir müştəri, hər şeydən əvvəl bir insandır. Amalımız insanlara robot kimi yox, insani hisslərlə yanaşmaq, onların tələblərinə cavab vermək üçün bütün imkanlardan istifadə etməkdir. İş metoduna gəldikdə isə, biz müntəzəm olaraq müxtəlif  tədbirlər həyata keçiririk. Mövsümlə əlaqədar olaraq meyvə-tərəvəz festivalları keçirir, müxtəlif adda lotereya təşkil edir, qalibləri mükafatlandırırıq,eyni zamanda bonus sistemini tətbiq edirik.  

-  44 günlük müharibədə sizin mağazalar şəbəkəsi ordumuza, onun igid döyüşçülərinə dəstək göstəribmi?

- Əlbəttə. Müharibənin əvvəlindən ta axırına kimi bizm mağazalar şəbəkəsi ordumuza həm mənəvi, həm də maddi cəhətdən dəstək vermişdir. Demək olar ki, “Araz” mağazalar şəbəkəsi müntəzəm olaraq cəbhəyə,döyüşlərin getdiyi yerlərə, əsgərlərimizə müxtəlif çeşidli sovqatlar çatdırırdı. Bu belə də olmalı idi. Xalqımız,ordumuz, Ali Baş Komandan İlham Əliyev bir yumruq kimi birləşib mənfur düşmənin başını əzdik. Təvazökarlıqdan uzaq olsa da, mən ehtiyatda olan bir zabit kimi elə gündən könüllü olaraq cəbhəyə getmişəm və bu qələbədə az da olsa xidmətim olubsa, bununla özümü xoşbəxt hesab edirəm.

- Asif müəllim, bir daha maraqlı söhbətinizə görə sizə təşəkkür edir, işinizdə yeni-yeni uğurlar qazanmağı arzu edirəm.

Şakir QURBANOV

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN